327
Teatr.Kino
Həsən Məmmədov
1938-2003
NOY
ABR
Həsən Ağaməmməd oğlu
Məmmədov 1938-ci il noyabr ayı-
nın 22-də Salyan rayonunda doğul-
muşdur. Burada 2 saylı orta məktəbi
1956-cı ildə bitirmiş və Azərbaycan
Dövlət Universıtetinin (indiki Bakı
Dövlət Universiteti) fizika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. İkinci
kursda universitetdən çıxmış və bir
müddət müxtəlif teatrların yardım
heyətində aktyorluq etmişdir.
1958-ci ildə Mirzağa Əliyev adı-
na Azərbaycan Dövlət Teatr İnsti-
tutunun dram və kino aktyorluğu
fakültəsinə daxil olmuşdur. Tələbəlik
illərində müəyyən fasilələrlə Dövlət
radiosunda diktor işləmişdir (1960-
1961). Məşhur teatrşünas Mehdi
Məmmədovun kursunu 1962-cı ildə
bitirmiş və təyinatla Akademik Milli
Dram Teatrına göndərilmişdir.
1962-ci il sentyabr ayının 10-da
bu qədim sənət ocağının aktyor trup-
pasına üzv olmuşdur. On il ərzində
kino çəkilişləri ilə əlaqədar olaraq
müxtəlif müddətlərə dəfələrlə teatr-
dan işdən çıxmış və yenə kollektivə
qayıtmışdır.
İldən ilə kino aktyoru kimi
məşhurlaşan Həsən Məmmədov
1972-ci il fevral ayının 2-də köçürmə
yolu ilə Akademik teatrdan çıxaraq
“Azərbaycanfilm” kinostudiyası-
na işə qəbul edilmişdir. O, 1989-cu
il may ayının 27-də dəvətlə Cəmil
Əlibəyovun “Gülüstanda qətl” (quru-
luşçu rejissor Ağakişi Kazımov) dra-
mının tamaşasında İlyas İbrahimov
rolunu oynamışdır. O, Akademik Te-
atrın direktoru və bədii rəhbəri Həsən
Turabovun dəvətilə 1992-ci il noyabr
ayının 21-dən ömrünün sonunadək
doğma kollektivin aktyor truppasın-
da çalışmışdır.
Aktyorun rollar siyahısında mil-
li və Avropa klassiklərinin, çağdaş
Azərbaycan və əcnəbi dramaturqla-
rın əsərlərinin tamaşalarındakı səhnə
obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rol-
lar Həsən Məmmədovun yaradı-
cılığında xüsusi yer tutur. O, “Azər-
baycanfilm”də istehsal olunmuş
filmlərdə aparıcı rollar oynamışdır.
Həsən (Əbdülhəsən) Ağaməmməd
oğlu Məmmədov teatr və kino
sənətində göstərdiyi xidmətlərə görə
1970-ci ildə Respublika Lenin kom-
somolu mükafatı laureatı, 1971-ci il
noyabr ayının 18-də “Azərbaycan
Respublikasının Əməkdar artisti”, 1
dekabr 1982-ci ildə isə “Xalq artisti”
fəxri adlarına layiq görülmüş, “İs-
tintaq” bədii filmindəki Murad rolu-
na görə 5 noyabr 1981-ci ildə SSRİ
Dövlət, “Birisi gün gecə yarısı” kino
lentindəki Baba Əliyev obrazına görə
Azərbaycan Respublikasının Dövlət
mükafatları ilə təltif edilmişdir.
Həsən Məmmədov 2003-cü il av-
qust ayının 26-da vəfat etmiş, II Fəxri
Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: