Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə415/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   411   412   413   414   415   416   417   418   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.muallim.edu.az

www.e-qanun.az

26

Milli Qəhrəman


332

Siyasət.Hərbi iş

Tahirə Tahirova

 1913-1991  

NOY

ABR

Tahirə  Əkbər qızı Tahirova 

1913-cü il noyabr ayının 7-də ziyalı 

ailəsində anadan olmuşdur. 

T.Tahirova 1935-ci ildə Azər-

baycan Sənaye İnstitutunu (AzSİ) bi-

tirmiş, neft sənayesi üzrə ali təhsil alan 

ilk azərbaycanlı qadın-mütəxəssis ol-

muşdur. Daha sonra, 1940-cı ildə o, 

Azərbaycan Neft Elmi-Tədqiqat İns-

titutuna direktor təyin olunmuşdur. 

1942-ci ildən etibarən T.Tahirova 

Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsində çalışarkən, 

Böyük Vətən müharibəsi dövründə 

cəbhənin fasiləsiz neft təchizatına 

cavabdeh idi. 

1949-cu ildə isə partiya işindən 

AzSİ-nin Neft yataqlarının istis-

marı kafedrasında elmi-pedaqoji 

fəaliyyətinə qayıdaraq, o, 1953-

cü ildə texniki elmlər namizədi 

dərəcəsini almışdır.

1954-cü ildən başlayaraq Tahirə 

Tahirova ayrı-ayrı rəhbər vəzifələrdə 

- Azərbaycan Həmkarlar İttifaqı Şu-

rasının, Azərbaycan SSR Nazirlər 

Şurası nəzdində Dövlət Elm və Tex-

nika Komitəsinin sədri, Nazirlər Şu-

rası  sədrinin müavini vəzifələrində 

çalışmışdır.

1957-ci ildə o, Xarici işlər na-

ziri vəzifəsinə  təyin olunmuşdur. 

Lakin vəzifəsinin praktiki icrasına 

yalnız 1959-cu ildə öz təşəbbüsü 

ilə SSRİ  XİN-nin Diplomatik Aka-

demiyasını bitirdikdən sonra başla-

mışdır. 1968-ci ilədək olan dövrdə o, 

SSRİ-nin müttəfiq respublikalarında 

(BMT-də öz nümayəndəlikləri olan 

Ukrayna SSR və  Belarusiya SSR 

istisna olmaqla) mövcud olmuş qay-

daya  əsasən, Xarici İşlər nazirinin 

vəzifəsini digər vəzifələrlə yanaşı 

icra etmişdir. 

 1968-ci ildə öz xahişi ilə başqa 

hökumət vəzifələrindən azad oluna-

raq bütün gücünü diplomatik fəaliy-

yətə səfərbər etmişdir.

O, nazir işlədiyi müddətdə Azər-

baycan diplomatlarının SSRİ-nin 

səfirliklərində  işləməsinə, Diploma-

tik Akademiyada oxumasına daima 

diqqət yetirmişdir.

Bundan  əlavə, o, Sovet hökumət 

və parlament nümayəndə heyətlərinin 

üzvü olaraq, BMT Baş Assambleya-

sının iclaslarında iştirak edərək, eləcə 

də respublikamıza səfər edən bəzi 

yüksək səviyyəli qonaqları  qəbul 

edərək, Azərbaycanın beynəlxalq 

aləmdə nüfuzunun yüksəlməsinə ça-

lışmışdır. 1976-cı ildə Tahirə Tahi-

rova diplomatik fəaliyyətdə xüsusi 

xidmətlərinə görə SSRİ Xarici İşlər 

Nazirliyinin təqdimatı ilə “Xalqlar 

Dostluğu” ordeni ilə təltif olunmuş-

dur.


Türk, ingilis və rus dillərini bil-

mişdir.


1991-ci il oktyabrın 26-da Bakıda 

vəfat etmiş və Fəxri Xiyabanda dəfn 

olunmuşdur. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin