Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə423/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   419   420   421   422   423   424   425   426   ...   538
Ə d ə b i y y a t

Dəmirçioğlu, N. İnfor-

masiya yayımının canlı 

və kütləvi vasitəsi [Mətn] 

/N.Dəmirçioğlu //Xalq 

qəzeti .-2008.- 6 noyabr.- 

S.7.

Mehdixanlı, T. Günümü-

zün aynası: 6 noyabr- te-

leradio işçilərinin peşə 

bayramıdır /T.Mehdixanlı 

//Azərbaycan.-2007.- 6no-

yabr.- S.5.

Televiziya və Radio İşçiləri 

Günü [Mətn] //Qocayev 

Ə. Bayramlar və tarixi 

günlər.- Bakı, 2006.- S. 27.

İ n t e r n e t d ə

www.anl.az

www.ebooks.preslib.az

6


339

Tarixdə bu gün

95 

illiyi

Azərbaycan Respublikasının üçrəngli  

bayrağı 

 1918

NOY

ABR

Azərbaycan Respublikasının Döv-lət 

Bayrağı haqqında ilk hökumət qərarı 

1918-ci il iyunun 24-də verilmişdir. 

Həmin qərara görə Azərbaycan bayrağı-

nı qırmızı materialdan, üstündə ağ aypara 

və qırmızı fonda ağ səkkizguşəli ulduzun 

təsviri verilmiş bayraq kimi qəbul etmək 

nəzərdə tutulmuşdu. Bu qərar qəbul 

edilərkən Azərbaycan hökuməti hələ 

Gəncə  şəhərində yerləşirdi. Hökumət 

Bakıda yalnız 15 sentyabr - şəhər 

türk qoşunlarının köməyi ilə düşmən 

qüvvələrdən təmizləndikdən sonra 

fəaliyyət göstərə bilmişdi. Azərbaycan 

Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə 

başlamasından az sonra, bayraq haqqın-

da ikinci qərar qəbul edilmişdi.

1918-ci il noyabr ayının 9-da 

 

Azərbaycan Xalq Cümhuriyyəti 



Nazirlər  Şurası milli bayraq haqqında 

qərar vermişdir. Nazirlər Şurasının sədri 

Fətəli Xan Xoyskinin imzaladığı həmin 

qərarda deyilir: “Milli bayraq kimi yaşıl, 

qırmızı, mavi rənglərdən, ağ aypara və 

səkkizguşəli ulduzdan ibarət olan bayraq 

qəbul edilsin”.

1920-ci il aprelin 28-də Xalq 

Cümhuriyyəti süqut etdikdən və So-

vet hakimiyyəti qurulduqdan sonra 

Azərbaycanda bu bayraqdan imtina edil-

mişdir.


İkinci dəfə 1990-cı il noyabrın 17-

də Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin qərarı ilə bu bayraq bərpa 

edilmiş  və Muxtar Respublikanın dövlət 

bayrağı kimi qəbul edilmişdir. Naxçı-

van Muxtar Respublikası Ali Məclisi 

Azərbaycan SSR Ali Soveti qarşısında 

üçrəngli bayrağın Azərbaycanın rəsmi 

dövlət rəmzi kimi tanınması haqqında 

vəsatət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azər-

baycan Respublikası Ali Soveti Naxçı-

van Muxtar Respublikası Ali Məclisinin 

vəsatətinə baxmış  və üçrəngli bayrağın 

Azərbaycanın dövlət bayrağı kimi qəbul 

edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət 

bayrağı  bərabər enli üç üfüqi zolaqdan 

ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq 

qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi 

rəng - Azərbaycan xalqının türk mənşəli 

olmasını, qırmızı rəng - müasir cəmiyyət 

qurmaq, demokratiyanı inkişaf etdirmək 

istəyini, yaşıl rəng - islam sivilizasiyası-

na mənsubluğunu ifadə edir. Qırmızı zo-

lağın ortasında bayrağın hər iki üzündə 

ağ  rəngli aypara ilə  səkkizguşəli ulduz 

təsvir edilmişdir. Bayrağın eninin uzun-

luğuna nisbəti 1:2-dir. 

Azərbaycan bayrağının dalğalandığı  

dirək dünyada ən hündür bayraq dirəyi 

hesab olunur. “Ginnes”in dünya rekord-

ları  təşkilatı Azərbaycan dövlət bayra-

ğı dirəyinin dünyada ən hündür bayraq 

dirəyi olduğunu təsdiq edib.

Qeyd edək ki, bayrağın çəkisi 350 

kiloqramdır. İnşa olunmuş dayağın hün-

dürlüyü isə 162, bünövrəsinin diametri 

3,2, bünövrənin üst hissəsinin diametri 

isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 

220 tondur.

Prezident İlham Əliyev 2009-cu il 17 

noyabr tarixli Sərəncamla noyabr  ayı-

nın 9-nu Azərbaycanda Dövlət Bayrağı 

Günü elan etmiş  və bu bayram ölkədə 

qeyri-iş günü olan bayramların siyahısı-

na daxil edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   419   420   421   422   423   424   425   426   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin