Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə424/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   420   421   422   423   424   425   426   427   ...   538
Ə d ə b i y y a t

Əliyev İ. Azərbaycan 

Respublikasının dövlət 

rəmzləri [Mətn] 

/İ.qrar Əliyev, E.Ə. 

Məhərrəmov.- Bakı: 

Nurlan, 2008.-56 s.

Əhmədov, S. 

Azərbaycan Respubli-

kasının Dövlət Bayrağı 

[Mətn] /S.Əhmədov, 

V.Məmmədov; elmi 

red. və ön sözün müəl. 

N.Vəlixanlı.- Bakı: Mega 

basım, 2010.- 153 s.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www.gov.az

www.mct.gov.az

9


340

Tarixdə bu gün

65 

illiyi

Mingəçevir şəhəri  

1948

NOY

ABR

    Ərazisi: 130 km2

Əhalisi: 98.4000 (01.2011)

Mingəçevir  şəhəri Kür çayının 

üzərində su elektrik stansiyasının ti-

kintisi ilə bağlı salınmışdır. 11 noyabr 

1948-ci ildə  şəhər statusu almışdır. 

Bakı-Tbilisi dəmir yolundan 17 km 

aralıda yerləşir. 

Coğrafi  cəhətdən  şəhər, respubli-

kanın mərkəzində, Kür çayının hər iki 

sahilində salınmışdır. Mingəçevir su 

anbarı  şəhərin  şimal-qərbində 3 km 

məsafədə yerləşir. 

Gənc sənaye  şəhəri Mingəçevirdə 

aparılan arxeoloji qazıntılar zama-

nı çox maraqlı  qədim  əşyalar tapıl-

mışdır. Qədim Mingəçevir adının 

mənası haqqında müxtəlif  əfsanələr 

mövcuddur. Mingəçevir adını türk 

mənşəli Mingiçöhr adlı  sərkərdənin 

adı ilə  əlaqələndirirlər.  Ərəb tarix-

çisi Təbarinin yazdığına görə, IX 

əsrdə,  ərəb xilafətinin hökmranlığı 

dövründə Azərbaycanın müvəqqəti 

hakimi olmuş  sərkərdə Mingiçöhr 

indiki Mingəçevirin  ətrafında özü 

üçün iqamətgah düzəltmiş və az son-

ra xilafətdən uzaqlaşmışdır. Lakin 

xilafət qoşunları onu məğlub edərək 

əsir tutmuş və zindana salmışdır. Son-

radan bu sərkərdənin  şərəfinə  həmin 

məntəqə Mingiçöhr adlanmışdı. Bu 

barədə başqa bir fərziyyəyə görə isə 

şəhərin adının mənası: “geri qayıt, 

daha yol yoxdur” deməkdir. XVII 

əsrdə yaşamış türk səyyahı Övliya 

Çələbi özünün “Səyahətlər” adlı ki-

tabına yazırdı: “Qədimdə Kür çayının 

sağ sahilində Mingəçevir adlı yer ol-

muşdur”. 4500 ildən çox tarixə malik 

olan bu yerin mənasını Ziya Bünya-

dov elmi cəhətdən belə izah edir: “Bu 

ad 839-cu ildə yaşamış  və  xəlifəyə 

qarşı mübarizə aparmış Minqiçevir əl-

Fərqaninin adı ilə bağlıdır.”

Kür çayının sahilində, mənzərəli 

bir yerdə salınmış Mingəçevir  şəhəri 

yerli və  əcnəbi turistlərin diqqətini 

cəlb etmişdir.  Şəhərdə maraqlı ar-

xitekturaya malik müasir binalar, o 

cümlədən, böyük bir təzə məscid var-

dır. Kür çayının yaxınlığında tikilmiş 

restoranlar və çayxanalar qonaqların 

istirahəti üçün hər cür şəraitə malik-

dir.  Şəhərin yaxınlığında süni göl və 

kiçik bir çimərlik var. Kürün sahilində 

Olimpiya avarçəkmə bazası yerləşir.

Mingəçevir  şəhərində Politexnik 

İnstitutu, Azərbaycan Müəllimlər İns-

titutunun filialı, Bakı İslam Universite-

tinin şöbəsi, Mingəçevir Tibb məktəbi, 

Bakı Bədən Tərbiyəsi və İdman Kolle-

cinin şöbəsi, 22 ümumtəhsil məktəbi

internat məktəb və lisey, 21 uşaq bağ-

çası, mərkəzi şəhər xəstəxanası, “Ana 

və  uşaq” müalicə sağlamlıq mərkəzi, 

doğum evi, müxtəlif sahələr üzrə dis-

panser və mərkəzlər, dövlət dram teat-

rı, dövlət rəsm qalereyası, tarix muze-

yi, 16 kitabxana, 3 musiqi məktəbi, 6 

klub var.

Mingəçevir Arxeoloji kompleksi 

Bozdağ silsiləsinin cənub ətəklərində, 

Kürün hər iki sahilində Tunc dövründən 

son orta əsrlərədək dövrü əhatə edən 

abidələrdən - 4 yaşayış yeri və 4 bö-

yük qəbiristanlıqdan ibarətdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin