337
Tarixdə bu gün
Ümummilli lider Heydər Əliyevin
xalqa müraciəti
1993
NOY
ABR
Müstəqilliyimizin ilk illərində ölkədə
xoşagəlməz meyllərin mövcud olduğu, anarxiya,
xaos və özbaşınalığın hökm sürdüyü bir dövrdə
müstəqilliyimiz yenə də təhlükə altına düşmüş-
dü. 1991-1993-cü illərdə ölkə idarəolunmaz
vəziyyətdə idi. Total böhran həm iqtisadi sahədə,
həm siyasi, həm də hərbi sahədə hökm sürürdü.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti
nəticəsində torpaqlarımız əldən getmiş, 1992-ci ilin
mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində
Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağ-
lıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı
əldə edilmişdir.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğ-
runda başlanan silahlı mübarizə, hakimiyyətlərin
bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin
hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr
vurmuşdu. Ölkədə yaranmış ictimai-siyasi xaos,
anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşı-
durmasının kəskinləşməsinə və hakimiyyətin tam
iflasına rəvac vermişdi.
Azərbaycan xalqı öz xilasını, öz gələcəyini an-
caq Heydər Əliyevdə görürdü və bu münasibətin,
bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı.
Çünki XX əsrin 70-ci illərində və 80-ci illərin
əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər
Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün
həlledici anlarda məhz onun qətiyyəti, onun sözü
həlledici rol oynamışdır.
1993-cü il noyabr ayının 1-də Azərbaycanda
Müdafiə Şurası yaradılmış, noyabr ayının 2-də
isə Prezident Heydər Əliyev Ermənistan silah-
lı qüvvələrinin Azərbaycan Respublikasının
ərazisinə yeni hücumları və təcavüzü ilə bağ-
lı televiziya ilə xalqa müraciət etmişdir: - “Əziz
həmvətənlər, hörmətli bacılar və qardaşlar!
Azərbaycan vətəndaşlarına məlumdur ki, mən
Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçilən gündən indiyə qədər, indi isə Prezi-
dent vəzifəsində olduğum zaman Ermənistanla
Azərbaycan arasında gedən müharibəyə son qo-
yulması, işğal edilmiş torpaqlarımızın geri qay-
tarılması və ümumiyyətlə, bu hərbi münaqişənin
kəsilməsi tərəfdarı olmuşam. Münaqişənin həll
edilməsində sülh yoluna üstünlük vermişəm və
bu məsələlərin danışıqlar yolu ilə həll olunmasını
daha lüzumlu bilmişəm. Milli Məclisin iclasların-
da bu barədə dəfələrlə fikir mübadiləsi olubdur və
Milli Məclis, Azərbaycan ictimaiyyəti bu siyasəti
bəyənmişdir. Biz bu yolla getməyə çalışmışıq”.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayı-
dan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və
müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən
çıxarmaq üçün gərgin işə başlamışdı. Respublika-
nın müxtəlif bölgələrində baş qaldırmış destruktiv
qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş,
vətəndaş müharibəsinin qarşısı alınmış,
Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə,
ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar
ünsürlər cəmiyyətdən təcrid edilmişdi.
Dostları ilə paylaş: