336
Tarixdə bu gün
NOY
ABR
20
1923-cü il noyabr ayının 1-də elmi-tədqiqat
işləri aparmaq məqsədilə Əbdürrəhim bəy Haq-
verdiyevin sədrliyi ilə Azərbaycanı Tədqiq və
Tətəbbö Cəmiyyəti yaradılmışdı. Bu cəmiyyət res-
publikanın baş elmi müəssisəsi olmuşdu.
“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”
respublikada elmin və mədəni-maarif işinin in-
kişafında boyük rol oynamışdır. İlk dövrlərdə
Cəmiyyətin tərkibinə Tarix-Etnoqrafiya, İqtisa-
diyyat və Təbiətşünaslıq bölmələri daxil edilmiş,
1925-ci ildə ayrıca Türkologiya bölməsi yaranmış-
dı. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar
aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, et-
noqrafiya, dilçilik, lüğətçilik, hüquq, coğrafiya,
Xəzər dənizinin tədqiqi, sovet quruculuğu, sənaye,
təsviri incəsənət, teatr, musiqi və s. sahələr üzrə
komissiya və yarımkomissiyalar təşkil edilmişdi.
“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” res-
publikada elmin və mədəni-maarif işinin inkişa-
fında boyük rol oynamışdır. Azərbaycanın, eləcə
də qonşu regionların tarixi, arxeologiyası, etnoq-
rafiyası, təbii sərvətləri, elm və mədəniyyətinin
öyrənilməsində bu cəmiyyətin mühüm xidmətləri
olmuşdur. Azərbaycan haqqında materialın top-
lanması, tədqiqi və nəşri ilə məşğul olmaqla ya-
naşı cəmiyyət, eyni zamanda həmin nəşrlərin elmi
ictimaiyyət arasında təbliğini və yayılmasını da
təşkil etmişdi.
1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandı-
rılmışdı. İnstitutun təbiyyat, biologiya, tarix və et-
noqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə,
Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq
bölmələri mövcud idi. 1932-ci ildə Azərbaycan
DETİ əsasında SSRİ Elmlər Akademiyası Za-
qafqaziya filialının Azərbaycan Şöbəsi təşkil
edilmişdi. Ruhulla Axundovun rəhbərlik etdiyi
şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət
göstərirdi. Bir sıra məşhur alimlər - F.Y.Levinson-
Lessinq, İ.M.Qubkin, A.A.Qrossheym, N.Y.Marr,
İ.İ.Meşşanov, A.N,Derjavin, İ.Q,Yesman,
ilk Azərbaycan alimlərindən B.Çobanzadə,
V.Xuluflu, M.Əfəndiyev, A.Tağızadə, S.Mümtaz,
A.S.Məmmədov və başqaları burada elmi-tədqiqat
işləri aparırdılar.
1935-ci ilin oktyabrında şöbə SSRİ EA
Azərbaycan Filialına çevrilmişdi. Filialın yanında
mövcud bölmələr əsasında kimya, botanika, zo-
ologiya, tarix, etnoqrafiya və arxeologiya, dil və
ədəbiyyat elmi-tədqiqat institutları, habelə ener-
getika, fizika, geologiya, torpaqşünaslıq sektorla-
rı yaradılmışdı. Filialın Rəyasət Heyətinin sədri
əvvəl akademik İ.M.Qubkin, sonralar isə akade-
mik S.S.Namyotkin olmuşdur. SSRİ Xalq Komis-
sarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı
ilə filial Azərbaycan Elmlər Akademiyasına çevril-
mişdi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv
seçilmişdi. Ü.Hacıbəyli, S.Vurğun, M.İbrahimov,
Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym,
S.Dadaşov,
İ.Q.Yesman, M.Mirqasımov,
Ş.Əzizbəyov,
Ə.Əlizadə, M.Topçubaşov,
M.Hüseynov, H.Hüseynov və İ.İ.Şiroqorov onun
ilk heyət üzvləri idi.
Dostları ilə paylaş: