335
Kimya.Biologiya.Tibb
130
illiyi
Mir Əsədulla Mirqasımov
1883-1958
NOY
ABR
Mir Əsədulla Mir Ələsgər oğlu
Mirqasımov 1883-cü il noyabr ayının
17-də Bakı şəhərində ruhani semina-
riyası müəlliminin ailəsində anadan
olmuşdur. 1908-ci ildə o, gimnaziya-
nı bitirmişdir. Oxuduğu illərdə ictimai
fəaliyyətə başlamış, qəzet və jurnallara
məqalələr yazmışdır. Bu məqalələrdə
müəllif, əsasən, Şərq ölkələrində
müsəlman qadınlarının acınacaqlı
vəziyyəti məsələsindən bəhs etmişdir.
1913-cü ildə Odessa şəhərində
yerləşən Novorossiysk Universi-
tetinin tibb fakültəsini bitirmişdir.
Mirəsədulla Mirqasımov universitetdə
təhsil almaqla bərabər Uzaq Şərq
mədənlərində feldşer işləmişdir. Elmi
işə erkən meyl göstərdiyinə və böyük
iş qabiliyyəti olduğuna baxmayaraq
M.Mirqasımovun klinikada işləmək
cəhdləri baş tutmamışdır. O, Odessanın
şəhər xəstəxanalarından birində çox
çətinliklə xəstəxana həkimi vəzifəsinə
işə düzəlmiş, sonra isə ordinator ol-
muşdur.
1916-1919-cu illərdə Bakıda hərbi
hospitalda həkim-cərrah işləmişdir.
1919-1929-cu illərdə ADU-nun tibb
fakültəsinin dosenti, 1929-1958-ci
illərdə Azərbaycan Dövlət Tibb İnstitu-
tunun hospitalcərrahiyyə fakültəsinin
professoru, kafedra müdiri olmuşdur.
1945-1947-ci illərdə Azərbaycan
SSR EA-nın ilk prezidenti vəzifəsini
tutmuşdur.
Azərbaycanda müasir tibb təhsilinin
və elminin banilərindəndir. 1927-ci
ildə tibb elmləri doktoru, 1929-cu
ildə prfessor, 1945-ci ildə Azərbaycan
SSR EA-nın həqiqi üzvü olmuşdur.
Azərbaycan EA-nın və Tibb Univer-
sitetinin təşkilatçılarından olmuş-
dur. İlk azərbaycanlı alim-cərrahdır.
1929-1958-ci illərdə Azərbaycan Tibb
Universitetinin Hospital cərrahiyyə
kafedrasının professoru və müdiri ol-
muşdur.
Azərbaycanda tibbi cərrahiyyə
elmi məktəbinin təşkilatçısıdır. Ali-
min elmi fəaliyyəti əsasən sidik daşı
xəstəliklərinin etiologiyası, klinikası
və müalicəsinin öyrənilməsinə, irin-
li peritonitlər, anesteziologiya, trav-
motologiya, urologiya və cərrahlığın
aktul məsələlərinə həsr olunmuşdur.
Yüksəkixtisaslı kadrların hazırlan-
masında xidmətləri var. Azərbaycan
dilində ümumi cərrahiyyəyə aid
ilk elmi əsərlərin və dərsliklərin
müəllifidir. Ümumiyyətlə, 6 monoq-
rafiya və dərsliyi, 50 elmi əsəri nəşr
olunmuşdur.
Azərbaycanın “Əməkdar elm xa-
dimi” fəxri adına, “Lenin ordeni”, 2
“Qırmızı Əmək Bayrağı” ordeni, “Qır-
mızı Ulduz” ordeni və metallarla təltif
edilmişdir. Mirqasımov Mir Əsədulla
Mir Ələsgər oğlu 1958-ci il iyul ayının
20-də, Bakı şəhərində vəfat etmişdir.
Bakıdakı Respublika xəstəxanası
və küçələrdən biri onun adını daşıyır.
Dostları ilə paylaş: