342
Tarixdə bu gün
Milli Dirçəliş Günü
1988
NOY
ABR
1988-ci ilin ilk günlərində Ermənis-
tanın Azərbaycana qarşı açıq təcavüzü
başlanmışdı. Moskvanın, xüsusən
də SSRİ-nin rəhbəri M.Qorbaçovun
buna biganə münasibətini görən
ermənilər planlı şəkildə, Ermənistan
hökumətinin tapşırığı və göstərişilə
Ermənistanda yaşayan 200 mindən
çox azərbaycanlını öz ata-baba yurd-
larından kütləvi surətdə qovmuşdu-
lar. Ermənilər azərbaycanlıları təkcə
öz ev-eşiklərindən qovmayırdılar,
həm də onları cismən öldürmüş,
diri-diri yandırmışdılar. Ermənilərin
tarixdə görünməmiş bu vandalizminə
M.Qorbaçov və onun ətrafı heç bir reak-
siya verməmişdilər. Ermənilər bunun-
la da kifayətlənməmiş, 1988-ci il fev-
ral ayının əvvəllərində Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində ixtişaşlar
törətmişdilər. Onlar Azərbaycanın ta-
rixi torpağı olan Dağlıq Qarabağın
Azərbaycandan qoparılıb Ermənistana
birləşdirməsi haqqında məsələ qaldır-
mışdılar.
Belə bir vaxtda Azərbaycan xal-
qı ayağa qalxmış, xalq öz etirazını
şəkildə rəhbərliyə bildirmiş, respubli-
kanın hər yerindən insanlar axın-axın
Bakıya gəlir, Azadlıq meydanına (o
vaxt V.İ.Lenin adını daşıyırdı) topla-
şır, ermənilərin və Sovet hökumətinin
belə münasibətinə qarşı mitinqlər ke-
çirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının
əsas meydanı sayılan Azadlıq meyda-
nında Sovet dövlətinin xalqımıza qar-
şı apardığı antiazərbaycan siyasətinə
etiraz əlaməti olaraq Azərbaycan
ictimaiyyətinin sonu bilinməyən mi-
tinqi başlanmışdı. O, vaxt bütün xalq
bir yumruq kimi düyünlənmişdi. Bu,
əsl xalq hərəkatı, milli azadlıq hərəkatı
idi. Dekabrın əvvəllərində sovet qo-
şunları tərəfindən ümumxalq mitinqi
dağıdılmışdı. 1992-ci ildən 17 noyabr
Milli Dirçəliş Günü kimi qeyd olunur.
Dostları ilə paylaş: