341
Tarixdə bu gün
Kоnstitusiya Günü
1995
NOY
ABR
Azərbaycan Respublikasının 1995-
ci ildə qəbul olunmuş Konstitusiyası,
müstəqil Azərbaycanın ilk Konstitusi-
yası idi.
Məlum olduğu kimi, 1918-1920-
ci illərdə 23 ay mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyəti,
dövlətin əsas Qanununu qəbul edə
bilməmişdi. Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiya qu-
ruluşunun tarixi əsasən SSRİ-nin
tərkibində olduğu dövrə düşmüşdür.
Azərbaycanın birinci Konstitu-
siyası 1921-ci il may ayının 19-da I
Ümumazərbaycan Sovetlər qurulta-
yında qəbul edilmişdir. Azərbaycan
SSR Konstitusiyasının 1921-ci il SSR
Konstitusiyasına uyğunlaşdırılmış yeni
redaksiyası 1925-ci il martın 14-də IV
Ümumazərbaycan Sovetlər qurulta-
yında qəbul olunmuşdur. Azərbaycan
SSR-in 1978-ci il aprelin 21-də qəbul
edilmiş son Konstitusiyası da əvvəlki
Konstitusiyalar kimi SSRİ Konstitusi-
yasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik
əldə
etdikdən sonra yeni Konstitusiyanın
hazırlanması zərurəti yaranmış, ulu
öndər Heydər Əliyev başda olmaq-
la xüsusi komissiya təşkil edilmiş
və Konstitusiya layihəsi ümumxalq
müzakirəsinə verilmişdi. 1995-ci il
noyabr ayının 12-də ümumxalq refe-
rendumu ilə, müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın dövlət qu-
ruculuğunun əsaslarını qoymuş yeni
Konstitusiya 5 bölmədən, 12 fəsildən
və 158 maddədən ibarətdir.
2009-cu il martın 18-də keçirilən
referendumda isə Konstitusiyaya əlavə
və dəyişikliklər qəbul olunmuşdur.
Ölkəmizdə 12 noyabr Azərbaycan
Respublikasının Konstitusiyası Günü
kimi qeyd olunur.
Konstitusiya - dövlətin ali qanu-
nudur, ali hüquqi qüvvəyə malikdir,
dövlətin siyasi, hüquqi və iqtisadi
sistemlərinin əsaslarını təsbit edir.
Konstitusiyanın yaranma tarixinə
nəzər salsaq görərik ki, dünyada
Konstitusiya ilk dəfə 1215-ci ildə
İngiltərədə təsbit olunmuş, ölkədə
qəbul olunan Azadlıqların Böyük Top-
lusu ilk konstitusiya aktı sayılmışdır.
İlk yazılı ali qanun isə ABŞ Konstitu-
siyasıdır.
Dostları ilə paylaş: