Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə431/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   427   428   429   430   431   432   433   434   ...   538
Ə d ə b i y y a t

Abbasov, İ. 22 noyabr  

Ədliyyə İşçiləri Günüdür 

[Mətn]: Ədliyyə orqanları 

və hüquq islahatları //Xalq 

qəzeti.- 2010.- 21 noyabr.- 

S.5.

Əkbərov, M. İnsan və 

şəxsiyyət azadlığının 

aliliyinə əsaslanan 

idarəetmə fəlsəfəsi: 22 no-

yabr ədliyyə işçilərinin peşə 

bayramı günüdür [Mətn] 

/M.Əkbərov //Respublika.-

2009.- 19 noyabr.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.az.trend.az

22

7


345

7

Tarixdə bu gün

Beynəlxalq İnformasiya Təhlükəsizliyi 

Günü

1988

NOY

ABR

Beynəlxalq  İnformasiya Təhlükəsizliyi Günü 

1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz 

həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat 

institutları  və  hərbi idarələr də daxil olmaqla 

ARPANET-in minlərlə qovşağını  sıradan çıxaran 

ilk kompyuter virusu meydana gəldi və  nəhəng 

itkilərə  səbəb oldu. Yaradıcısının adı ilə “Mor-

ris soxulcanı” adlandırılan bu virusun vurdu-

ğu ziyan təxminən 100 milyon dollar həcmində 

qiymətləndirilmişdir. 

“Morris soxulcanı” göstərdi ki, informasiya 

təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir 

və insanlar tərəfindən böyük səylər və müva-

fiq tədbirlərin həyata keçirilməsini tələb edir. 

Buna görə  də dünya ictimaiyyəti informasiya 

təhlükəsizliyinin təmin edilməsinə kompleks ya-

naşmanın zəruriliyi haqqında ciddi düşünməyə 

başlamışdı. Həmin vaxtdan bəri informasiya tex-

nologiyaları, təbii olaraq informasiya cəmiyyəti 

inkişaf etdikcə bu problem daha da aktuallaşır. 

Bunları əsas tutaraq 1988-ci ildə Kompyuter ava-

danlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı 

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan 

etmişdi. Ona görə ki, informasiya təhlükəsizliyi 

bir ölkəni yox, bütün bəşəriyyəti təhdid edən prob-

lemdir. 

İnformasiya Təhlükəsizliyi Günü çoxdan 

istifadə olunan parolların yeniləşdirilməsi, sis-

temdə virusların mövcudluğunun yoxlanması, 

verilənlərin arxivləşdirilməsi, lazımsız informasi-

yanın silinməsi, vacib informasiyaların mühafizə 

səviyyəsinin auditi, kompleks təhlükəsizliyin 

və digər bu kimi tədbirlərin həyata keçirilməsi, 

ictimaiyyətin diqqətinin artırılması, müvafiq qu-

rumların və mütəxəssislərin məsuliyyətinin xatır-

lanması və ümumiyyətlə, bir monitorinq günüdür. 

Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi 

problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş 

beynəlxalq tədbirlər keçirilir. 

Keçən müddət  ərzində bu günün əhəmiyyəti 

daha da artmışdır. Cəmiyyətin bütün sahələrinin və 

insanların informasiya-kommunikasiya texnologi-

yalarından (İKT) asılılığı gücləndikcə informasi-

ya təhlükəsizliyinin  əhəmiyyəti özünü daha çox 

büruzə verir. İnformasiya təhlükəsizliyi dövlətin, 

cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin 

edilməsinin əsas istiqamətlərindən birinə çevrilir. 

İnternetin sürətli inkişafı  və kütləvi halda 

istifadəçilərin meydana çıxması ilə kompyuter və 

kommunikasiya sistemlərinə olan təhdidlər daha 

ehtimallı olur və onların realizəsinin nəticələri 

daha da geniş miqyas alır. 

İnformasiya təhlükəsizliyinin təmin edil-

məsinin  ən vacib vəzifələrindən biri də yüksək 

ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bu 

istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra 

ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazır-

lanmasına başlanmışdır. 

Vətəndaşlarda informasiya mədəniyyətinin 

vacib hissəsi olan informasiya təhlükəsizliyi 

mədəniyyətinin formalaşdırılması istiqamətində 

davamlı  və  məqsədyönlü tədbirlərin görülməsi 

zəruriyyəti də dövrümüzün reallıqlarıdır. Belə 

ki, istifadəçilərdə informasiya-kommunikasiya 

sistemlərində  iş zamanı  təhdidlərin vura biləcəyi 

ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri 

haqqında zəruri bilikləri və onlarla işləmək ba-

carıqları olmalıdır.  İnternet  şəbəkəsindən istifadə 

mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə 

qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu 

mədəniyyət normalarını təbliğ etmək lazımdır. 

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsiz-

liyi Gününün əsas məqsədlərindən biri də elə bu-

dur. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin