325
6
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
85
illiyi
Tahir Salahov
1928
NOY
ABR
Tahir Teymur oğlu Salahov 1928-ci il
noyabr ayının 29-da Bakı şəhərində ana-
dan olmuşdur. 1957-ci ildə V.İ.Surikov
adına Moskva Dövlət İncəsənət İnstitutu-
nu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir.
1960-1961-ci illərdə Azərbaycan
Rəs-samlar Birliyində məsul katib
vəzifəsində, sonra dosent, 1963-1974-cü
illərdə isə M.Ə.Əliyev adına Azərbaycan
Dövlət Teatr İnstitutunda professor
vəzifəsində çalışmışdır. 1980-1992-ci
illərdə V.İ.Surikov adına Moskva Dövlət
Rəssamlıq İnstitutunun Rəssamlıq və
kompozisiya kafedrasını idarə etmişdir.
Bu gün sənətkarın bacarıqlı əllərinin
məhsulu olan əsərlər dünyanın mötəbər
muzeylərində və qalereyalarında, şəxsi
kolleksiyalarda saxlanılır.
Həmyerlimiz Rusiyanın və MDB-nin
bir çox ölkələrinin rəssamlıq akademiya-
ları ilə birgə, Madriddəki San-Fernando
Kral İncəsənət Akademiyasının və Fran-
sa Zərif Sənətlər Akademiyasının müx-
bir üzvüdür. Bundan başqa, “Ölməzlər
Akademiyası” adlanan Fransa Zərif
Sənətlər Akademiyasına SSRİ-dən cəmi
üç nəfər üzv seçilmişdir ki, onlardan biri
də həmyerlimiz Tahir Salahovdur. O,
həm də Amerika Birləşmiş Ştatlarının bir
neçə şəhərinin və Montana ştatının fəxri
vətəndaşıdır.
Onun şah əsərlərindən biri müasir
Azərbaycan dövlətinin qurucusu, ümum-
milli lider Heydər Əliyevin portretidir.
İkinci əsər isə dünya şöhrətli həmyerlimiz
Mstislav Rostropoviçin monumental
portretidir.
Tahir Salahov Azərbaycan Rəssamlıq
Akademiyasında bakalavr və magistr
buraxılışı üzrə Dövlət Komissiyası-
na sədrlik etmişdir. Heydər Əliyevin
xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət
Komissiyasının, Heydər Əliyev Mükafatı
Komissiyasının üzvüdür. Moskvada isə
Rusiya Federal Məclisi Federasiya Şura-
sının sədri yanında Mədəniyyət Şurasının
üzvü seçilmişdir.
T.Salahov həm də YUNESKO–nun
nəzdində Millətlərarası Rəssamlar Fede-
rasiyasının vitse-prezidenti, 1997-ci ildə
Rusiya İncəsənət Akademiyasının vitse-
prezidenti seçilmişdir. Elə buna görə də,
çox zaman onu “incəsənətin səlahiyyətli
səfiri” də adlandırırlar.
Sənətinə dövlət qayğısı göstərilən bu
böyük sənətkar saysız-hesabsız mükafat-
lar almışdır. Rusiyanın “Vətən qarşısın-
da xidmətlərinə görə” ikinci və üçüncü
dərəcəli ordenlərinə, müstəqil vətənimiz
Azərbaycanın ali mükafatı olan “İstiq-
lal” ordeninə, Bolqarıstan, Polşa, Mon-
qolustan və başqa ölkələrin ordenlərinə,
müxtəlif medallara və mükafatlara layiq
görülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev
2008-ci il noyabr ayının 27-də SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı,
Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq
rəssamı T. Salahova “Heydər Əliyev” or-
denini təqdim etmişdir.
8 iyul 2011-ci il tarixində Tahir Sa-
lahov Avropa Elm və İncəsənət Akade-
miyasının incəsənət bölməsi üzrə həqiqi
üzvü seçilmişdir. Naxçıvan Muxtar Res-
publikası Ali Məclisi sədrinin 2011-ci
il 19 noyabr tarixli Fərmanı ilə təsviri
sənətin inkişafındakı xidmətlərinə görə
Tahir Salahova “Naxçıvan Muxtar Res-
publikasının Əməkdar incəsənət xadimi”
fəxri adı verilmişdir.
Dostları ilə paylaş: