326
Musiqi.Opera.Balet
Tofiq Əhmədov
1923-1981
NOY
ABR
Tofiq Qəzənfər oğlu Əhmədov
1923-cü il noyabr ayının 8-də Bakıda
anadan olmuşdur.
1955-57-ci illərdə E.Roznerin
rəhbərlik etdiyi estrada orkestrinin
(Moskva) konsertmeysteri, 1957-
1961-ci illərdə özünün yaratdığı “Biz
Bakıdanıq” estrada ansamblının bədii
rəhbəri və drijoru olmuşdur.
1961-ci ildən Azərbaycan Tele-
viziya və Radiosu Estrada Orkest-
rinin bədii rəhbəri və baş dirijoru
dur. O, bir sıra estrada mahnısının,
instrumental əsərlərin müəllifidir.
Əhmədov rəhbərlik etdiyi orkestrlə
birgə Çexoslovakiya, Kuba, Bol-
qarıstan, Finlandiya və s. ölkələrdə
çıxış etmiş, 1968-ci ildə Sofiyada
keçirilən Beynəlxalq Estrada musi-
qisi müsabiqəsinin laureatı olmuş və
qızıl medalına layiq görülmüşdür.
1977-ci ildə “Azərbaycanın Xalq ar-
tisti” fəxri adını almışdır.
Tofiq Əhmədov 1981-ci il mart
ayının 23-də Bakıda vəfat etmişdir.
20
Elmira Mirzərza qızı Nəzirova
1928-ci il noyabr ayının 30-da Bakıda
anadan olmuşdur.
1950-1954-cü illərdə Azərbaycan
Dövlət Konservatoriyasının fortepiano
və bəstəkarlıq siniflərini bitirmişdir.
Fortepiano ilə orkestr üçün 12 pre-
lüd, sonatina, ərəb mövzuları əsasında
fortepiano ilə orkestr üçün konsert
(1957, F.Əmirovla birgə), sonata-
poema, Azərbaycan xalq mahnıla-
rı işləmələri (3 dəftər) və s. əsərlərin
müəllifidir.
1951-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasında pedaqoji fəaliy-
yət göstərmişdir. Azərbaycan SSR
Əməkdar incəsənət xadimi, professor
Elmira Nəzirova xidmətlərinə görə
(1971), “Şərəf nişanı” ordeni ilə təltif
edilmişdir. 1990-cı ildən İsraildə yaşa-
yıb yaradır.
Dostları ilə paylaş: