Teqvim2013. pdf


Mədəniyyət.Maarif.Elm 115



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə164/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   160   161   162   163   164   165   166   167   ...   538
128

Mədəniyyət.Maarif.Elm

115 

illiyi

Məryəm Bayraməlibəyova

1898-1967 

APREL

Məryəm Teymur bəy qızı Bayraməli-

bəyova-Məlik-Yeqanova 1898-ci il ap-

rel ayının 4-də (bəzi mənbələrdə yanvar 

ayında) Lənkəran  şəhərində anadan ol-

muşdur. Atası Teymur bəy 1881-ci ildə 

Qori müəllimlər seminariyasını bitirmiş, 

görkəmli maarifpərvər ziyalı olmuşdur. 

Məryəm xanım H.Z.Tağıyevin qızlar 

məktəbini bitirdikdən sonra, 1913-cü 

ildə “Müqəddəs Nina” qız məktəbinin 

IV sinfinə daxil olmuş, 1917-ci ildə ora-

nı qızıl medalla bitirmişdir. “Müqəddəs 

Nina” məktəbində  Məryəm xanım rus 

və avropa mədəniyyəti ilə  dərindən ta-

nış olmuşdur. O, böyük rus yazıçısı 

L.N.Tolstoyun hekayələrini Azərbaycan 

dilinə çevirərək “Məktəb” jurnalında 

çap etdirmiş, bir çox  Azərbaycan  şair 

və yazıçılarının  əsərlərini də rus dilinə 

tərcümə etmişdir. 1917-ci ildə təhsil al-

maq üçün Moskvaya getmiş  Məryəm 

xanım 1918-ci  ildə  Lənkərana qayı-

daraq qızlar üçün məktəb açmışdır. 

Əvvəlcə  məktəbdə 9 qız təhsil almışdı 

ki, onlardan biri sonralar Azərbaycanın 

Xalq artisti Həqiqət Rzayeva idi. 1919-

cu ildə  Məryəm xanım Lənkəran qız 

gimnaziyasının inspektoru təyin edil-

mişdir. Məryəm xanımın atası Teymur 

bəy 1919-cu ildə ölkədə baş verən hərc-

mərcliklə əlaqədar olaraq qanunsuz həbs 

edilmişdir. Həmin il Məryəm xanımın 

Bakı Kommunasının rəhbərlərindən 

biri Alyoşa Çaparidze ilə  təsadüfi gö-

rüşü atası Teymur bəyin tezliklə azad 

olunmasına səbəb olmuşdur. Sonra-

lar Azərbaycan maarifinin inkişafında 

fədakarcasına fəaliyyət göstərən Teymur 

bəy 1937-ci ildə vəfat etmişdir. 1921-ci 

ildə Məryəm xanım Xalq Maarif Komis-

sarlığının əmri ilə Nobel bağında (indiki 

Nizami parkı) açılmış birinci Azərbaycan 

tərcrübə - nümunə məktəbinin türk qru-

punun rəhbəri təyin edilmişdir. 1923-

cü ildə  Məryəm xanım Cavad bəy 

Məlikyeqanovla ailə  həyatı qurmuşdur. 

1925-ci il yanvarın 12-də Moskvada 

keçirilmiş müəllimlərin birinci Ümu-

mittifaq qurultayında   Azərbaycan   

nümayəndəsi kimi Qızıl meydanda çı-

xış edən ilk Şərq qadını  məhz  Məryəm 

xanım  olmuşdur. 1933-cü ildə Cavad 

bəy həbs edilərək sürgün  edilmişdir. 

Onun axırıncı    məktubu 1937-ci ildə 

Karelyanın Kem şəhərindən gəlmişdir. 

Məryəm xanım 1931-ci ildə universi-

tetin hüquq fakültəsini bitirmiş, lakin 

ona qarşı olan haqsızlıqla barışmamış, 

yenidən müəllimlik peşəsinə qayıtmış-

dır. Məryəm xanım ona və ailəsinə qarşı 

törədilən haqsızlığa qarşı etiraz əlaməti 

olaraq 1937-ci ildə SSRİ  Mərkəzi 

İcraiyyə Komitəsinin sədri M.İ.Kalininə 

məktub yazmış  və  səbirsizliklə onun 

cavabını gözləmişdir. Lakin o, cava-

bı çox gözləməli olmamışdır. Cəmi bir 

neçə gündən sonra o, həbs edilərək Ba-

yıl həbsxanasına salınmışdır. Sürgünlük 

həyatının birinci mərhələsi Arxangelskdə 

keçmiş, burada xəstələnmiş, gözləri 

tutulmuş,   müalicə üçün Moskvaya - 

məhbusların xəstəxanasına göndərilmiş, 

oradan yenidən Qazaxıstana sürgün edil-

mişdir. 1948-ci ildə azad edilərək Bakı-

ya qayıtmışdır. Lakin hər iki gözündən 

kor olmasına baxmayaraq onu Bakıda 

yaşamağa qoymamışlar. 1956-cı ilə kimi 

Daşkəsəndə yaşamış, sonralar Bakıya 

köçmüş, övladlarına qovuşmuşdur. 

Məryəm xanım Bayraməlibəyova 

1967-ci il dekabr ayının 2-də  vəfat et-

mişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin