136
Tarixdə bu gün
APREL
20
20
1879-cu ildə Krım türklərinin dilində ilk qəzet
nəşr etdirən İsmayıl bəy Qasprinski Həsən bəyə
məktub yazaraq “Tərcüman” adlı qəzet nəşr
etmək üçün ona xeyir-dua verməsini və qəzetin
idarə olunmasına rəhbərlik etməsini xahiş etmiş-
di. Bu məktub Həsən bəy üçün böyük bir bayra-
ma çevrilmişdi. O: “Bizim başqa bir qəzetimiz
də olur, gələcəkdə isə üçüncü, dördüncü və daha
çox qəzetlərimiz olacaq” deyərək uşaq kimi sevin-
miş, “Tərcüman”ı və onun uğurlarını məhəbbətlə
izləmişdi. O, İsmayıl bəy Qasprinskiyə məsləhət
görürdü ki, ərəb və fars sözlərindən qaçsın,
eləcə də Krımda başa düşülən spesifik sözlərdən
uzaq olsun. Qasprinski də həmişə Həsən bəyin
məsləhətlərinə qulaq asmış, onları nəzərə almışdı.
Ona görə də son dövrlərdə qəzet qafqazlıların başa
düşəcəyi türkcədə çıxmış və buna görə də həvəslə
oxunmuşdu.
Beləliklə, 1883-cü il aprel ayının 10-da Rusi-
ya imperiyasında yaşayan, türk dilində danışan 14
milyonluq xalqın tarixi ərzində “Əkinçi” (1875-
1877), “Ziya” (“Ziyayi-Qafqaziyyə” (1879-1884)
və “Kəşkül”dən (1883-1891) sonra sayca dördün-
cü qəzet işıq üzü görmüşdü. “Tərcüman” qəzeti
nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər
Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin
də yeganə mətbu orqanı olmuşdur. Mənbələr
göstərir ki, Azərbaycan ziyalıları “Tərcüman”a
abunə yazılmış, uzun müddət bu qəzetə “yeganə
milli qida” kimi baxmışlar. Çünki “Tərcüman”ın
hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən,
Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən
oyanmağa, özünüdərkə, maarifə, elmə, haqları uğ-
runda savaşa səsləmişdi.
Dostları ilə paylaş: