137
Tarixdə bu gün
Tarixi Abidələrin Mühafizəsi Günü
1983
APREL
Bu gün YUNESKO-nun abidələrin
və diqqətəlayiq yerlərin mühafizəsi
məsələləri üzrə Beynəlxalq Şurası-
nın 1983-cü ildə qəbul edilmiş qərarı
əsasında qeyd olunur. Məqsəd dün-
ya ictimaiyyətinin diqqətini maddi-
mədəniyyət abidələrinin qorunması-
na yönəltməkdir.
Hər bir ölkənin tarixi qədimliyi
onun maddi-mədəniyyət yadigar-
larının çoxluğu və qədimliyi ilə öl-
çülür. Bu cəhətdən ölkəmizin bəxti
gətirmişdir. Qobustan, İstisu qayaüstü
təsvirləri, Əlincə, Gələrsən-Görərsən
kimi qalalarımız, Möminə xatın, Şah
Abbas məscidi, Təzəpir məscidi kimi
dini ibadətgahlarımız, Şirvanşahlar,
Şəki xan sarayı kimi nadir memarlıq
abidələrimiz bu qəbildəndir.
Hazırda işğal altında olan dün-
ya
əhəmiyyətli mədəni-tarixi
abidələrimiz - Azıx və Tağlar mağara-
ları dünyanın ən qədim insan yaşayan
məskənlərindəndir. YUNESKO-nun
siyahısına düşmüş bu mağaralar-
dan tapılmış maddi mədəniyyət
nümunələri hələ 1981-ci ildə Pari-
sin İnsan muzeyində “Avropanın ilk
sakinləri” adlı sərgidə nümayiş etdi-
rilmişdir.
2002-ci ildə respublikamız Abi-
dələrin Bərpası və Tədqiqi Beynəl-
xalq Mərkəzinə üzv qəbul olunmuş-
dur. Azərbaycan tarixində ilk dəfə
olaraq Şirvanşahlar saray-komplek-
si və Qız qalası da daxil olmaqla
İçərişəhər Dövlət Tarixi-memarlıq
kompleksi YUNESKO-nun “Dünya
mədəniyyəti irsi” siyahısına daxil
edilmişdir.
Əsası C.Sterlinq Mortan tərəfin-
dən qoyulan Yer gününün bayram
edilməsi XIX əsrin 40-cı illərindən
başlayır. 1872-ci ildə C.Morton Neb-
raska ştatının il ərzində bir gününün
ətraf ərazinin yaşıllaşmasına həsr
edilməsi təklifi ilə çıxış edir və birinci
ağac əkmə günü milyona yaxın ağac
əkilir.
1882-ci il 22 aprel tarixindən
başlayaraq “Ağac günü” Nebras-
ka hökuməti tərəfindən ştatın rəsmi
bayramı kimi qeyd olunur. 1970-
ci ildən başlayaraq ətraf mühitin
əhəmiyyətinin təbliği, onun ilkin for-
mada qorunub saxlanılması, plane-
tin təbii ehtiyatlarının tükənməsi və
s. sahələri əhatə etməsi ilə əlaqədar
olaraq bayram “Yer günü” adlandırıl-
mışdır.
Dostları ilə paylaş: