131
Kimya.Biologiya.Tibb
90
illiyi
Zərifə Əliyeva
1923-1985
APREL
Zərifə Əziz qızı Əliyeva 1923-cü
il aprel ayının 28-də Şərur rayonunun
Şahtaxtı kəndində anadan olmuşdur.
1942-ci ildə orta məktəbi bitirdikdən
sonra o, Azərbaycan Dövlət Tibb İnsti-
tutunun müalicə-profilaktika fakültəsinə
daxil olmuş və 1947-ci ildə həmin insti-
tutu müvəffəqiyyətlə bitirmişdir.
1950-1953-cü illərdə Zərifə xanım
Əliyeva aspiranturada təhsil almışdır.
1957-ci ilə qədər Azərbaycan Elmi-
Tədqiqat Oftalmologiya İnstitutun-
da elmi işçi, 1960-cı ildən 1967-ci ilə
qədər böyük elmi işçi, 1967-ci ildən isə
Ə.Əliyev adına Azərbaycan Həkimləri
Təkmilləşdirmə
İnstitutunda Göz
xəstəlikləri kafedrasının dosenti, profes-
sor, Görmə orqanının peşə patologiyası
laboratoriyasının müdiri, 1982-1985-ci
illərdə Oftalmologiya kafedrasının mü-
diri vəzifələrində çalışmışdır.
İllər boyu apardığı müşahidələrin,
klinik tədqiqatların və təcrübələrin
nəticələri Zərifə xanımın düynada ən
məşhur oftalmologiya mərkəzlərinin
birində H.Helmqolts adına Moskva Göz
Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda
müdafiə etdiyi “Azərbaycanın bir sıra
kimya müəssisələri işçilərinin görmə
orqanının vəziyyəti” adlı doktorluq dis-
sertasiyasının əsasını təşkil etmişdir.
1977-ci ildə Zərifə xanım Əliyevaya
tibb elmləri doktoru elmi dərəcəsi veril-
mişdir.
Akademikin Azərbaycanda oftalmo-
logiya elminin inkişafında müstəsna
xidmətləri olmuşdur. O, vaxtilə Azər-
baycanda geniş yayılmış traxomanın,
dünya təcrübəsində birincilər sırasın-
da peşə, xüsusilə kimya və elektron
sənayelərində peşə fəaliyyəti ilə bağlı
göz xəstəliklərinin öyrənilməsi, pro-
filaktikası və müalicəsinə, habelə of-
talmologiyanın müasir problemlərinə
dair bir çox sanballı tədqiqatların, o
cümlədən “Terapevtik oftalmologiya”,
“İridodiaqnostikanın əsasları” kimi na-
dir elmi əsərlərin müəlliflərindən biri, 12
monoqrafiya, dərslik və dərs vəsaitinin,
150-yə yaxın elmi işin, 1 ixtira və 12
səmərələşdirici təklifin müəllifidir.
1981-ci ildə oftalmologiyanın inki-
şafına verdiyi böyük töhfəyə - görmə
orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə professor
Z.Ə.Əliyeva oftalmologiya aləmində ən
yüksək mükafata - SSRİ Tibb Elmləri
Akademiyasının akademik M.İ.Averbax
adına mükafatına layiq görülmüşdür.
Professor Z.Ə.Əliyeva həmin mükafata
layiq görülən ilk qadın idi.
Elmi tədqiqatlarının yüksək sə-
viyyəsi, onların sosial əhəmiyyəti, ic-
timai fəallığı, pedaqoji istedadı, ço-
xillik elmi-tədqiqat işlərində böyük
xidmətlərini qiymətləndirərək, 1983-cü
ildə Zərifə xanım Əliyevanı Azərbaycan
SSR EA-nın akademiki seçmişdilər.
Zərifə xanım Əliyeva göstərdiyi
xidmətlərinə görə orden və medallarla
təltif olunmuş, Azərbaycanın Əməkdar
elm xadimi kimi yüksək ada layiq gö-
rülmüşdür.
1985-ci il aprel ayının 15-də Mosk-
va şəhərində vəfat edən Zərifə xanım
Əliyevanın cənazəsi 1994-cü ildə Mosk-
vanın Novo-Deviçye qəbiristanlığından
Bakıya gətirilərək, Fəxri Xiyabanda,
atasının məzarı yanında dəfn olunmuş-
dur.
Dostları ilə paylaş: