130
Kimya.Biologiya.Tibb
85
illiyi
Nisə Mehdiyeva
1928
APREL
Nisə Əşrəf qızı Mehdiyeva 1928-
ci il aprel ayının 12-də Bakıda doğul-
muşdur.
1950-ci ildə Lomonosov adı-
na Moskva Dövlət Universitetini
müvəffəqiyyətlə bitirmişdir.
N.Mehdiyeva 1950-1952-ci illərdə
Azərbaycan Dövlət Universitetində
müəllim işləmiş, 1952-1955-ci illərdə
SSRİ Elmlər Akademiyasının Bota-
nika İnstitutunun (Leninqrad şəhəri)
aspirantı olmuşdur. 1955-ci ildə na-
mizədlik, 1969-cu ildə doktorluq dis-
sertasiyasını müdafiə etmiş alim 1965-
ci ildə mikrobiologiya üzrə elmi işçi,
1986-cı ildə isə mikrobiologiya üzrə
respublikada ilk professor elmi adını
almışdır.
Nisə Mehdiyeva 1955-1957-ci
illərdə respublika Elmlər Akademi-
yasının Rəyasət Heyətində biologiya
üzrə elmi katib işləmişdir.
1958-ci ildə Torpaqşünaslıq və
Aqrokimya İnstitutunda torpaq biolo-
giyası laboratoriyasını təşkil edərək,
akademiyada mikrobiologiya elminin
əsasını qoymuşdur. 1968-ci ildə pro-
fessor N.Mehdiyeva akademiyada ilk
dəfə neft mikrobiologiyası sahəsində
işləri təşkil edərək ona rəhbərlik et-
mişdir. 1972-ci ildə laboratoriya Mik-
robiologiya sektoru, 1994-cü ildə isə
Mikrobiologiya İnstitutu statusu al-
mışdır.
N.Mehdiyeva 1958-ci ildən 1981-
ci ilədək bu elmi müəssisəyə, 1995-
ci ilədək laboratoriyaya rəhbərlik et-
mişdir. Nəhayət, 1995-1996-cı illərdə
Qafqaz Universitetində mikrobiolo-
giya mərkəzinin rəhbəri və elmi işlər
üzrə prorektor vəzifəsində fəaliyyət
göstərmişdir.
Mikrobiologiyanın müxtəlif prob-
lemləri üzrə 130 elmi məqalənin, bir
elmi kinofilmin, 9 müəlliflik şəha-
dətnaməsinin, 4 kitabın müəllifi olan
Nisə Mehdiyevanın rəhbərliyi altında
respublikada və onun xaricində 10
elmlər namizədi, 2 elmlər doktoru ha-
zırlanmışdır.
Professorun apardığı elmi işlərin
əksəriyyəti torpaq ekosistemində çox
mürəkkəb münasibətdə olan mikros-
kopik heyvanlar və göbələklər ara-
sındakı qarşılıqlı əlaqəyə həsr edil-
miş, bu sahədə maraqlı elmi-praktik
əhəmiyyətli nəticələr əldə etmiş və
bu problemlə bağlı tədqiqatlara SSRİ
Elmlər Akademiyasında rəhbərlik et-
mişdir.
N.Mehdiyeva hazırda təqaüddədir.
Lakin buna baxmayaraq, ev şəraitində
elmi işini ömrünün müdrik çağında da
davam etdirən professor ingilis-rus-
Azərbaycan dillərində ilk mikrobio-
loji lüğət və
“Mikorobiologiya” kita-
bını yazaraq yenidən çap etdirmişdir.
Bu kitabın ilk variantı 1979-cu ildə
“Elm” nəşriyyatı tərəfindən rus dilində
“Xищные нематофаговые грибы -
гифомецеты” adı ilə çap olunmuşdur.
Dostları ilə paylaş: