170
Tarixdə bu gün
Şuşanın işğalı günü
1992
MA
Y
Ərazisi: 289
km²
Əhalisi: 31499
İşğal tarixi: 08.05.1992
Azərbaycanın dilbər guşəsi, musiqi
və mədəniyyət ocağı olan Şuşa şəhəri
dünyanın bəzi aparıcı dövlətlərinin
məzlum xalq kimi tanıdıqları, əslində
nəinki xalqımıza, bütün insanlığa qar-
şı terror siyasəti həyata keçirən məkrli
ermənilər tərəfindən keçmiş sovet or-
dusunun 366-cı alayının 40 zirehli tex-
nikasının bilavasitə iştirakı və köməyi
ilə işğal edilmişdir.
289 kvadrat kilometr ərazisi olan
Şuşa şəhərində həmin dövrdə 24.900
nəfər əhali yaşayırdı. İşğal zamanı 480
nəfər insan qətlə yetirilmiş, 600 nəfər
yaralanmış, 150 nəfər əlil olmuş, 552
körpə yetim qalmış, 20 mindən artıq
əhali isə məcburi köçkün vəziyyətinə
düşmüşdür.
Qeyd etmək lazımdır ki, Şuşaya hü-
cumdan bir neçə saat öncə Tehranda İran
Prezidentinin vasitəçiliyilə Ermənistan
və Azərbaycan dövlət başçıları Qara-
bağ münaqişəsinin dinc yolla həllinə
dair saziş imzalamışdı.
İşğal nəticəsində Şuşadakı bir sıra
tarixi-mədəniyyət abidələri düşmən
tərəfindən talan edilmişdir. Beş minə
yaxın eksponatı olan Şuşa Tarix Mu-
zeyi, Dövlət Xalça muzeyinin filialı və
Xalq Tətbiqi Sənəti muzeyi, Qarabağ
Dövlət Tarix muzeyi, həmçinin Laçın
rayonundakı Ağoğlan məbədi, dün-
ya əhəmiyyətli arxeoloji abidə sayı-
lan paleolit dövrünə aid Azıx mağarası,
Xocalıdakı Əsgəran qalası, Kəlbəcər
Tarix Muzeyinin və digər mədəniyyət
ocaqlarının, rəsm qalereyalarının bən-
zərsiz ekspozisiyaları dağıdılmış və
talan olunmuş, müqəddəs məbəd və
məscidlər təhqir edilmiş, kitabxanalar
yandırılmış, misilsiz əlyazma nümu-
nələri məhv edilmişdir.
Bu siyahıya Xan mağarası, Qa-
xal mağarası, Şuşa qalası da olmaq-
la bütövlükdə 279 dini, tarixi və
mədəni abidə daxildir. Ermənilər
Azərbaycana məxsus olan bir çox abi-
dənin məhv edilməsinə və ya onların
erməniləşdirilməsinə nail olmuşlar.
Onlar Şuşada 7 məktəbəqədər uşaq mü-
əssisəsini, 22 ümumtəhsil məktəbini,
mədəni-maarif, kənd təsərrüfatı texni-
kumlarını, 8 mədəniyyət evini, 14
klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3
muzeyi, Şərq musiqi alətləri fabrikini
dağıtmışlar.
Artıq Şuşanın işğalından 21 il ötür.
Tezliklə qədim Azərbaycan torpağının
işğaldan azad olunacağı günü arzula-
yır və Allahdan bütün şəhidlərə rəhmət
diləyirik!
Dostları ilə paylaş: