168
milli çap məhsullarının arxiv fondunun yaradılması
və milli biblioqrafıya vəsaitlərinin tərtibi funksiya-
sını da müvəffəqiyyətlə yerinə yetirir. Artıq 2004-
cü ildən başlayaraq kitabxana ölkə ərazisində nəşr
olunan bütün çap məhsullarının dövlət qeydini
aparır və il ərzində ölkədə nəşr olunan bütün ma-
terialları özündə əks etdirən “Birillik Azərbaycan
kitabiyyatı”nı, 2006-cı ildən isə fonduna daxil olan
yeni ədəbiyyatın cari biblioqrafik göstəricisi olan
“Yeni kitablar” biblioqrafik vəsaitini hər rübdə bir
dəfə nəşr edərək, həmin dövr ərzində Milli Kitab-
xananın fondlarına daxil olan bütün yeni ədəbiyyat
haqqında informasiya verir.
Dövrün tələbinə uyğun olaraq Milli Kitabxa-
nanın veb saytı (www.anl.az), elektron kataloqu
(http://ek.anl.az/), elektron kitabxanası (www.anl.
az/el.php) yaradılmış və oxucuların istifadəsinə
verilmişdir.
Milli Kitabxanada dünyanın ən böyük və zəngin
kitabxanalarında tətbiq olunan VTLS-VİRTUA sis-
temi üzrə həyata keçirilən kitabxana proseslərinin
avtomatlaşdırılması oxucu sorğularının virtual
rejimdə ödənilməsinə və ödənilən arayışların tam
şəkildə məlumat bazasında saxlanmasına şərait ya-
radır və onların təkrar istifadəsinə imkan verir.
2008-ci ilin mart ayından Milli Kitabxanada
oxuculara virtual kitab sifarişi imkanı da yaradıl-
mışdır. 2011-ci ilin məlumatına görə virtual sifari-
şin xidmətlərindən 1687 nəfər oxucu yüzlərlə kitab
sifariş etmişdir.
Müəllif hüquqlarının qorunması qanunlarını
rəhbər tutaraq kitabların mühafizəsini təmin etmək,
informasiya qıtlığını aradan qaldırmaq məqsədi ilə
Milli Kitabxananın fondunda olan nəşrlərin qədim
və nadir ədəbiyyat nümunələrinin, müasir ədəbiyyat
nümunələrinin və klassiklərimizin ölkəmizdə və
ya xaricdə nəşr olunmuş əsərlərinin rus və ingilis
dilində nəşrlərinin, kitabxanamızın nəşrlərinin və
müəlliflərin öz ərizələri ilə birgə elektron daşıyıcı-
larda təqdim etdikləri kitabların əsasında işlənilib
hazırlanan elektron resursları saytımızın (anl.az)
Elektron Kitabxanasında yerləşdirilmişdir. 2006-
2012-ci illərdə Elektron Kitabxanada cəmi 35 552
resurs olmuşdur.
Saytımızda yerləşən “Heydər Əliyev irsi”,
“Zərifə xanım Əliyeva”, “Mir Cəlal Paşayev irsi”,
“Mehriban xanım Əliyeva”, “Fikrət Əmirov”,
“Bunları unutmaq olmaz”, “Qan yaddaşımız”,
“Dağlıq Qarabağ müharibəsi”, “Xocalı”, “31 Mart”,
“Abuzər Xələfov”, “Nəsir İmanquliyev”, “Niza-
mi Gəncəvi”, “M.Ə.Sabir”, “M.F.Axundzadə”,
“Nəriman Həsənzadə”, “Qara Qarayev”, “Üzeyir
Hacıbəyli” və başqa elektron məlumat bazaları bu
gün oxucularımız üçün dəyərli mənbələrdir.
Elektron resursların yaradılması istiqamətində
atılan daha bir addım dövri mətbuat nümunələrinin
tam komplektlərinin elektron versiyasını yaratmaq-
dan ibarətdir. Artıq bu istiqamətdə xeyli işlər görül-
müş “Azərbaycan”, “Ədəbiyyat”, “Kaspi”, “İrşad”,
“Açıq söz”, “Həqiqət”, “Sədayi həqq”, “Doğru
söz”, “Bəsirət”, “Ziyayi Qafqaziyə”, “Əkinçi”
qəzetlərinin, “Dəbistan”, “İnqilab və mədəniyyət”,
“Məzəli”, “Şəlalə” jurnallarının, “Zaqafqaziya Ko-
missiyasının Aktları” və “Kavkazskiy kalendar”
məcmuələrinin tam komplektlərinin elektron ver-
siyası yaradılmış və kitabxananın lokal şəbəkəsinə
yerləşdirilərək oxucuların istifadəsinə təqdim edil-
mişdir.
2008-ci ilin sentyabr ayından etibarən Milli
Kitabxananın “Elektron Dissertasiya Fondunun
təşkili və Ondan İstifadə Şöbəsi”ndə Rusiya Dövlət
Kitabxanasının Elektron Dissertasiya fondunun
virtual oxu zalı açılmışdır. Artıq bu gün kitabxa-
namızın oxucuları və eləcə də dünya miqyasında
Azərbaycanla maraqlanan bütün insanlar Milli Ki-
tabxananın saytı və elektron kataloqu vasitəsilə za-
man və məkan problemi olmadan kitabxanamızın
kataloq və fondlarına daxil olaraq ondan sərbəst
bəhrələnə bilirlər. Elektron dissertasiya fondunun
təşkili və ondan istifadə şöbəsində də əsaslı işlər
görülmüş, 2011-ci ilin məlumatına görə fondun-
da olan 3610 tammətnli elektron resursdan 1048
nüsxəsi avtoreferat, 2562 nüsxəsi isə dissertasiya-
dır.
Milli Kitabxanada 2009-cu ildən fonoteka fon-
dunun qrammafon vallarının CD-yə köçürülməsi
işinə başlanmışdır. Hazırda 3000-dən çox qram-
mafon valı CD-yə köçürülmüşdür ki, bu işdə
milli musiqimizə xüsusi yer verilmişdir. Artıq
“Azərbaycanın səs xəzinəsi” seriyasından bu mate-
rialların kataloqunun birinci buraxılışı çap olunaraq
kitabxanalara, musiqi və incəsənət məktəblərinə
göndərilmişdir.
Milli Kitabxana hər il kitabxana işinin bu və
169
ya başqa məsələlərinə dair xeyli miqdarda meto-
dik vəsaitlər nəşr edir və region kitabxanalarına
göndərir. “Kitabxana işinə dair normativ aktlar”,
“İkirəqəmli müəllif işarəsi cədvəlləri”ni, “Milli-
mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu”,
“Sənədlərin biblioqrafik təsvir qaydaları haqqında
(7.1-2003 Dövlət standartı əsasında)”, “Elektron
məlumat bazalarının yaradılması və virtual xidmət”,
“Kitabxanalarda kütləvi tədbirlərin ənənəvi və
yeni formaları”, “M.F.Axundzadə irsinin kitabxa-
nalarda təbliği”, “Azərbaycan maarifinin yorulmaz
çarçısı: Həsən bəy Zərdabi - 170” adlı metodik
vəsaitləri xüsusilə qeyd etmək lazımdır. Milli Ki-
tabxana tərəfindən nəşr edilən bütün vəsaitlərin
tam mətnləri kitabxananın saytında “Kitabxanamı-
zın nəşrləri” düyməsində yerləşdirilir.
Milli Kitabxana bütün idarə və sistemlərin ki-
tabxanalarına, eləcə də bütün oxuculara və inter-
net istifadəçilərinə virtual rejimdə metodik xidmət
göstərir. Belə ki, kitabxananın saytında “Metodik
xidmət” (metodik@anl.az) və “Bizdən soruşun”
(ask-me@anl.az) bölməsi yaradılmış və ölkənin
istənilən nöqtəsindən hər bir kitabxana işçisi,
müxtəlif oxucular, istifadəçilər müxtəlif sorğularını
Milli Kitabxanaya ünvanlayır və ən qısa müddətdə
öz sorğularına cavab ala bilirlər.
Son dövrdə Milli Kitabxana tərəfindən bir
sıra biblioqrafik vəsaitlər çap olunaraq ölkə ki-
tabxanalarına və oxuculara təqdim olunmuşdur.
Bunların içərisində Azərbaycan xalqının ümum-
milli lideri Heydər Əliyevin “Müstəqilliyimiz
əbədidir” çoxcildliyinin I-X cildlərinin köməkçi
göstəricisi”, “Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir [Mətn]: çoxcildliyin X-XXVIII cildlərinin
köməkçi göstəricisi: (qeydlər, şəxsi və coğrafi ad-
lar göstəriciləri)”, “Azərbaycan Respublikası regi-
onlarının sosial-iqtisadi inkişafı” adlı biblioqrafik
göstəricini, “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyası ilə çap olunan “Mir Cəlal”, “Qara Qa-
rayev”, “Fikrət Əmirov”, “Üzeyir Hacıbəyli”,
“Müslüm Maqomayev”, “Nizami Gəncəvi”,
“M.F.Axundov”, “M.Ə.Sabir”, “Aşıq Ələsgər-
190”, “Azərbaycan Xalq Cümhuriyyəti-90” və b.
fundamental biblioqrafik vəsaitlərini, “Azərbaycan
kitabxanaları XXI əsrin informasiya məkanında”
göstəricisini və s. qeyd etmək olar. Milli Kitab-
xananın beynəlxalq əlaqələr və beynəlxalq kitab
mübadiləsi sahəsində fəaliyyəti də gündən-günə
genişlənir. Bu gün kitabxanamız Avropa Milli Ki-
tabxanaları Konqresi (CENL), Avrasiya Kitabxana
Assambleyası (BAE), Türkdilli Ölkələrin Milli Ki-
tabxana Direktorları Şurası, İqtisadi Əməkdaşlıq
Təşkilatına Üzv Ölkələrin Milli Kitabxanaları Şu-
rası, Avrasiya Kitabxanaçılar Birliyinin və s. üzvü-
dür. Mədəniyyət və Turizm naziri cənab Əbülfəs
Qarayevin qayğısı və yaxından köməyi sayəsində
Milli Kitabxana dünyanın 30-a yaxın Milli kitab-
xanası ilə müqavilə imzalamışdır.
Müstəqillik illərində Milli Kitabxananın
beynəlxalq kitab mübadiləsi sahəsində fəaliyyəti
istiqamətində də xeyli işlər görülmüşdür. Ar-
tıq 2012-ci ildə kitabxananın beynəlxalq kitab
mübadiləsini həyata keçirdiyi xarici ölkə milli ki-
tabxanalarının sayı 70-dən çox olmuş və həmin ildə
dünya kitabxanalarına 5000 nüsxədən artıq kitab
göndərilmiş, beynəlxalq kitab mübadiləsi yolu ilə
alınan kitabların sayı isə 2000 nüsxəni keçmişdir.
Milli Kitabxananın fəaliyyəti daima Mədəniyyət
və Turizm Nazirliyinin və dövlətin diqqət
mərkəzindədir. Azərbaycan Respublikasının Pre-
zidenti cənab İlham Əliyevin imzası ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı”nda Azərbaycan Milli Kitab-
xanasına ayrıca bölmə ayrılmışdır. Dövlət proqra-
mına uyğun olaraq M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının modernləşməsi, müasir in-
formasiya texnologiyaları ilə təmin edilməsi və
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində intensiv iş aparılır.
Dostları ilə paylaş: