165
Texnika
100
illiyi
Çingiz Cuvarlı
1913-2000
MA
Y
Çingiz Mehdi oğlu Cuvarlı 1913-
cü il may ayının 1-də Gəncədə ziyalı
ailəsində doğulmuşdur.
1922-1931-ci illərdə orta məktəbdə
təhsil almış, 1931-1936-cı illərdə
Azərbaycan Sənaye İnstitutunun (indi-
ki Azərbaycan Dövlət Neft Akademi-
yası) energetika fakültəsində təhsilini
davam etdirmişdir.
Əmək fəaliyyətinə 1936-1938-ci
illərdə Mərkəzi istehsalat-tədqiqat
laboratoriyasının və “Azenerji”nin
mühəndisi kimi başlamışdır. Son-
ralar 1938-1939-cu illərdə yüksək
gərginlikli elektrik ötürücü xətləri ti-
kintisi üzrə iş icraçısı, 1939-1941-ci
illərdə Bakı şəhər elektrik şəbəkəsinin
baş mühəndisi, 1941-1942-ci illərdə
L.Şmidt adına zavodun xüsusi labo-
ratoriyasının baş mühəndisi, 1936-
1942-ci illərdə Azərbaycan sənaye
institutunun müəllimi və elmi işcisi,
1942-1946-cı illər Kirovabad (indiki
Gəncə) elektrik şəbəkəsinin direkto-
ru və baş mühəndisi, 1944-1947-ci
illər Azərbaycan EA-nın Kirovabad
elmi-tədqiqat bazasında baş elmi işçi
vəzifələrində çalışmışdır. Ç.Cuvarlı
1941-ci ildə texnika elmləri namizədi,
1950-ci ildə texnika elmləri doktoru
(Moskva) elmi adını almışdır.
Azərbaycan elektrofizika məktə-
binin banisi, dünya energetika elmi-
nin tanınmış simalarından olan Çingiz
Mehdi oğlu Cuvarlı bir sıra mükafatlar-
la, orden və medallarla təltif edilmişdir.
1945-ci ildə “Böyük Vətən müharibəsi
illərindəki rəşadətli əməyə görə” me-
dalını almış, 1978-ci ildə Azərbaycan
SSR Dövlət mükafatı laureatı,1980-ci
ildə SSRİ-nin Fəxri energetiki, 1982-ci
ildə “Azərbaycan SSR Əməkdar elm
xadimi”, 1985-ci ildə SSRİ Dövlət Mü-
kafatı laureatı, 1994-cü ildə Akademik
Y.H.Məmmədəliyev adına mükafatın
laureatı olmuş, Beynəlxalq Energetika
Akademiyasının Qızıl medalına layiq
görülmüş, 1998-ci ildə “Fəxri Ziyalı”
diplomu ilə təltif olunmuşdur.
O, 1954-1960-cı illərdə Azərbay-
can Dövlət Universitetinin (indi-
ki BDU) professoru, 1959-1960-cı
illərdə Azərbaycan EA-nın müxbir
üzvü, 1960-1962-ci ildə Azərbaycan
EA Energetika İnstitutunun direkto-
ru, 1961-1998-ci illərdə Azərbaycan
Dövlət Neft Akademiyasının profes-
soru, 1962-1985-ci illərdə Azərbaycan
EA Fizika İnstitutunun Fizika və
yüksək gərginliklər texnikası labora-
toriyasının rəhbəri olmuşdur. Onun
87 illik ömrünün 67 ili Azərbaycan
energetika elminin inkişafına, xalqın
tərəqqisinə sərf olunmuşdur.
Görkəmli alim Çingiz Cuvarlı
2000-ci ildə vəfat etmişdir.
Dostları ilə paylaş: