Teqvim2013. pdf


Mədəniyyət.Elm.Maarif 150



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə205/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   201   202   203   204   205   206   207   208   ...   538
163

Mədəniyyət.Elm.Maarif

150 

illiyi

Rəşidbəy Əfəndiyev 

1863-1942

MA

Y

Rəşidbəy  İsmayıl oğlu  Əfəndiyev 

1863-cü il may ayının 24-də anadan ol-

muşdur. Hələ XIX əsrin 80-ci illərində 

Qori müəllimlər seminariyasında 

oxuyarkən dram ilə maraqlanmış, ilk 

“Qan ocağı” pyesini yazıb məktəb 

səhnəsində tamaşaya qoymuşdur.

O, M.F.Axundzadədən sonra ilk 

dram yazanlardan sayılır.  İlk  əsərinin 

müvəffəqiyyətindən ruhlanan müəllif 

sonralar da ardıcıl olaraq bədii ya-

radıcılıqla məşğul olmuşdur. On il 

Qutqaşendə müəllimlik etdiyi, 8 il Tif-

lis idareyi-ruhaniyyəsində katib müa-

vini vəzifəsində çalışdığı  və  nəhayət, 

16 il Qori seminariyasında müəllim 

olduğu zamanlarda, heç vaxt yazıçı-

lıqdan uzaqlaşmamış, xüsusilə  təlim-

tərbiyəyə aid səhnə  əsərləri yazmağa 

səy etmişdir. Rəşid bəy Azərbaycanın 

məşhur və çalışqan müəllimlərindən 

olmuş, ömrünü məktəb, tərbiyə  işinə, 

dərs kitablarının, uşaqların marağını 

oxşayan pyeslərin yaranmasına sərf 

etmişdir. Onun “Uşaq bağçası” adlı 

əlifba kitabı  və “Bəsirətül-ətfal” adlı 

qiraət kitabı Azərbaycanda  şöhrət 

qazanmış ilk dərs kitablarındandır. 

O, varlı ailədən olan qadının maddi 

köməyindən istifadə etməklə dəfələrlə 

İstanbula getmiş, dərs kitablarını min 

zəhmət ilə çap etdirmişdir.

Bununla yanaşı  səhnə  əsərləri 

yazmış, birinci növbədə  məktəb 

səhnələrində qoyulmasını  təşkil et-

miş, hətta şəxsən artist kimi iştirak et-

mişdir. Rəşid bəyin “Qan ocağı”ndan 

başqa, “Saqqalın kəraməti”, “Qonşu-

qonşu olsa, kor qız  ərə gedər”, “Pul 

dəlisi”, “Bir saç telin qiyməti”, “Tif-

lis səfirləri”, “Diş  ağrısı”, “Təbiətdə 

əhvaliməişət” adlı dramları vardır.

Rəşid bəy elmi, maarifi, məktəbi 

təbliğ edən bir sıra mənzumələr yazmış, 

rus klassiklərindən (Puşkin, Lermon-

tov, Krılov) dərs kitablarına münasib 

parçalar seçib tərcümə etmişdir. Eləcə 

də farscadan Firdovsidən “Rüstəm və 

Söhrab”  əhvalatını,  Şillerdən “Cam” 

adlı  mənzuməni tərcümə etmişdir. 

Rəşid bəy istər  şeir tərcümələrində 

və istərsə müasir mövzularda yazdığı 

şeirlərində klassik şeir üslubu və yolu 

ilə getmişdir.

Görkəmli maarif xadimi, nasir 

Rəşidbəy Əfəndiyev 1942-ci il avqust 

ayının 31-də vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin