İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev.org
www.ebooks.preslib.az
www.president.az
da, Heydər Əliyevin böyük siyasət adamı ola-
raq beynəlxalq miqyasda özünü təsdiq etməsinə
heç vaxt mane olmamışdır. Ən məşhur, tanınmış
siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi
üçün aparılan beynəlxalq sorğularda, siyasi ins-
titutların, sosioloji mərkəzlərin araşdırmaların-
da Heydər Əliyevin adının birincilər sırasında
yer tutması onun siyasətdə, həyatda, dövlətçilik
təcrübəsində qazandığı uğurların təsdiqi idi. Dərin
məntiqli nitqi, natiqlik məharəti, söz seçmək ba-
carığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi
onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin
və konkret idi, müzakirə olunan məsələni yüksək
səviyyədə ümumiləşdirmək bacarığına malik idi.
Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə,
qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son
dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin
mahiyyətini açmağa, mövzunun milli mənafe,
dövlətçilik mövqeyindən təhlil etməyə xidmət
edən məsələni ustalıqla göstərməyi bacarırdı.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss
edir, onunla yaşayır və faydalanır. Bu siyasətin
icraçısı, ulu öndərimizin layiqli siyasi vari-
si cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə
Heydər Əliyev siyasəti yaşayır və uğurla da-
vam etdirilir. Azərbaycan Respublikası Heydər
Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər
Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır,
gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu
dövlət müstəqilliyimizin qorunub saxlanılması və
möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq
imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə
nail olması kimi ağır və taleyüklü məsələlərdə sı-
naqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə bütün sahələrdə aparılan uğurlu isla-
hatlar, əldə olunan nəticələr xalqın sabaha olan
inamını qat-qat artırmış, Heydər Əliyev yolunun
layiqincə davam etdirildiyinə, memarı olduğu
müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna
möhkəm əminlik yaratmışdır.
|