Teqvim2013. pdf


Ümummilli lider 158



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə199/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   195   196   197   198   199   200   201   202   ...   538
10

Ümummilli lider


158

əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı 

Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan 

Heydər  Əliyev ilk əvvəl Bakıda, sonra isə Nax-

çıvanda yaşamış, həmin ildə  də Azərbaycan Ali 

Sovetinə deputat seçilmişdir. 

1991-1993-cü illərdə Naxçıvan Muxtar Respub-

likasının Ali Məclisinin sədri, Azərbaycan Respub-

likası Ali Soveti sədrinin müavini olmuşdur. 

Heydər  Əliyev 1992-ci ildə Yeni Azərbaycan 

Partiyasının Naxçıvan  şəhərində keçirilmiş  təsis 

qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyun ayında hökumət böhra-

nının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş 

müharibəsinin baş verməsi və müstəqilliyin 

itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı 

Heydər  Əliyevin hakimiyyətə  gətirilməsi tələbi 

ilə ayağa qalxmışdı. Azərbaycanın o zamankı 

rəhbərləri Heydər  Əliyevi rəsmən Bakıya dəvət 

etməyə  məcbur olmuşdular. O, 1993-cü il iyun 

ayının 15-də Azərbaycan Ali Sovetinin sədri 

seçilmiş, iyul ayının 24-də isə Milli Məclisin 

qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 

səlahiyyətlərini həyata keçirməyə başlamışdı. 

1993-cü il oktyabr ayının 3-də ümumxalq 

səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan 

Respublikasının Prezidenti seçilmişdi. O, 1998-

ci il oktyabr ayının 11-də xalqın yüksək fəallığı 

şəraitində keçirilən seçkilərdə  səslərin 76,1 faizi-

ni toplayaraq, yenidən Azərbaycan Respublika-

sının Prezidenti seçilmişdir. 2003-cü il oktyabr 

ayının 15-də keçirilən prezident seçkilərində 

namizədliyinin irəli sürülməsinə razılıq vermiş 

Heydər  Əliyev səhhətində yaranmış problemlərlə 

əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş-

dir. 

Heydər Əliyev dörd dəfə “Lenin ordeni”, “Qır-



mızı Ulduz” ordeni və çoxlu medallarla təltif edil-

miş, iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” adını 

almış, bir çox xarici dövlətlərin orden və medalları 

ilə  təltif olunmuş, 27 mart 1997-ci ildə Kiyevdə 

Azərbaycanın dövlət başçısına Ukraynanın ali 

mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edil-

miş, 1999-cu il aprel ayının 13-də o, Türkiyənin 

ən nüfuzlu mükafatı - “Atatürk Sülh Mükafatı”na 

layiq görülmüş, 2001-ci il yanvar ayının 20-də - 

Azərbaycan Respublikasının Prezidenti Heydər 

Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri 

professoru” adı verilmiş, 2003-cü il aprel ayının 

3-də Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya 

Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq 

Qaydası Problemləri Akademiyasının professoru 

və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mü-

kafata layiq görülmüş, 2003-cü il may ayının 10-da 

Rusiyanın yüksək mükafatı - “Müqəddəs Apostol 

Andrey Pervozvannı” ordeni ilə təltif olunmuşdur. 

Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadi-

mi, Azərbaycan Respublikasının üçüncü Preziden-

ti, ulu öndər Heydər  Əlirza oğlu  Əliyev 2003-cü 

il dekabr ayının 12-də Amerikanın Ohayo ştatın-

da Klivlend şəhərində  vəfat etmiş, Azərbaycanda 

Fəxri Xiyabanda dəfn edilmişdir.

Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və 

ictimai həyatında, dövlət quruculuğunda onun 

qədər misilsiz xidmətlər göstərən ikinci dövlət 

adamı tapmaq mümkün deyildir. Bu mənada o, 

xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer 

tapan milli liderimiz, güvənc yerimiz, qürur duy-

duğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı 

idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən 

siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək 

gücündə olan, Azərbaycan səviyyəsində deyil, 

keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqya-

sında sözünün gücü olan lider idi. O, beynəlxalq 

səviyyədə düşünməyi və  təhlillər aparmağı baca-

rırdı. Bu məqam onu həmkarlarından əhəmiyyətli 

dərəcədə fərqləndirən professional cizgilərdən idi.

Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli 

sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi 

fikirlər öz aktuallığı, düzgünlüyü, obyektivliyi və 

hər cəhətdən ölçülüb biçildiyindən  ətrafdakıları 

heyrətləndirmiş, siyasət aləminin patriarxı adı-

nı qazandırmışdır. Hətta dünyanın  ən görkəmli 

siyasət və dövlət xadimləri Heydər  Əliyevlə 

məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-

dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı 

“liderlərin lideri” adlandırırdılar.

Azərbaycan coğrafi  cəhətdən kiçik ölkə olsa 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin