Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə198/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   194   195   196   197   198   199   200   201   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

23

Milli Qəhrəman

MA

Y

2


157

MA

Y

2

Siyasət.Hərbi iş

90 

illiyi

 

Heydər Əliyev 

1923-2003

MA

Y

Azərbaycan Respublikasının ümummilli lideri, 

bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən 

biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, 

Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi 

və müdrik insan Heydər Əlirza oğlu Əliyevin bu 

gün 90 yaşı tamam olur.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayı-

nın 10-da Azərbaycanın Naxçıvan şəhərində ana-

dan olmuşdur. 

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texniku-

munu bitirdikdən sonra Azərbaycan Sənaye  İns-

titutunun (indiki Azərbaycan Dövlət Neft Akade-

miyası) memarlıq fakültəsində təhsil almış, lakin 

başlanan müharibə ona təhsilini başa çatdırmağa 

imkan verməmişdir. 

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR 

Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan 

MSSR Xalq Komissarları Sovetində  şöbə mü-

diri vəzifəsində  işləmiş  və 1944-cü ildə dövlət 

təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu 

dövrdən təhlükəsizlik orqanları sistemində çalı-

şan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR 

Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi 

Komitəsinin sədr müavini, birinci müavini, 1967-

ci ildən isə  sədri vəzifəsində  işləmiş, general-

mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə 

o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali 

təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət 

Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası  Mərkəzi 

Komitəsinin 1969-cu il iyul plenumunda Heydər 

Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi 

Komitəsinin birinci katibi seçilərək sovet dövrü 

ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri 

olmuşdur. 

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommu-

nist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun 

üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti 

sədrinin birinci müavini vəzifəsinə  təyin edilmiş 

və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sove-

tinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin 

müavini kimi fəaliyyət göstərmişdir. Görkəmli 

dövlət xadimi 1987-ci ilin oktyabrında Sovet İt-

tifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Si-

yasi Bürosunun və şəxsən baş katib Mixail Qorba-

çovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, 

tutduğu vəzifələrdən istefa etmişdir.

O, 1990-cı ilin 20 yanvarında sovet qoşunları-

nın Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, ertəsi 

gün Azərbaycanın Moskvadakı nümayəndəliyində 

bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı 

törədilmiş cinayətin təşkilatçıları  və icraçılarının 

cəzalandırılmasını  tələb etmişdir. O, Dağlıq Qa-

rabağda yaranmış  kəskin münaqişəli vəziyyətlə 

bağlı SSRİ  rəhbərliyinin ikiüzlü siyasətinə etiraz 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin