Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə206/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   202   203   204   205   206   207   208   209   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/R.Əfəndiyev; tərt. ed. 

A.Abdullayev; red. 

M.Adilov.- Bakı: Şərq-Qərb, 

2006.-120 s. 

Dram əsərləri [Mətn] 

/R.Əfəndiyev; topl. və tərt. 

ed. Ə.Abdullayev; red. 

C.Xəndan; S.M.Kirov adına 

Azərbaycan Dövlət Univer-

siteti.- Bakı: Azərbaycan 

Universiteti, 1961.- 168 s.  

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

www.library.aliyev-heritage.

org.az

www.muallim.edu.az

24

Maarif xadimi, nasir


164

MA

Y

1

Kimya.Biologiya.Tibb

105 

illiyi

Murtuza Nağıyev  

1908-1975

MA

Y

Murtuza Fətulla oğlu Nağıyev 

1908-ci il may ayının 5-də  Aşqabad-

da doğulmuşdur. 1926-1929-cu illərdə 

Bakı Dövlət Universitetinin nəzdindəki 

fəhlə fakültəsinin tələbəsi olmuş, 1932-

1935-ci illərdə isə Azərbaycan Sənaye 

İnstitutunda (indiki Azərbaycan Dövlət 

Neft Akademiyası) təhsilini davam 

etdirərək kimyaçı-texnoloq ixtisasına 

yiyələnmişdir. 

1938-1942-ci illərdə Azərbaycan 

Sənaye  İnstitutunun Neftzavod mexa-

nikası kafedrasının dosenti olmuşdur. 

1940-cı ildə namizədlik, 1944-cü ildə 

doktorluq dissertasiyasını müdafiə et-

mişdir. 1945-ci ildə “Kimya texnologi-

yası” ixtisası üzrə professor adına layiq 

gorülmüşdür. 

1952-ci ildə AMEA-nın həqiqi üzvü 

seçilmişdir. Professor M.F.Nağıyev 

1942-ci ildən ömrünün sonuna kimi 

akademiya sistemində 

işləmişdir. 

1945-1946-cı illərdə AMEA-nın Neft 

İnstitutunda Neft emalı şöbəsinin mü-

diri, 1946-1956-cı illərdə isə  həmin 

institutun direktoru və  şöbə müdiri 

vəzifələrində işləmişdir.

1952-1957-ci illərdə AMEA-nın 

Fizika-Texnika bölməsinin akademik-

katibi, 1957-1959-cu illərdə AMEA-

nın vitse-prezidenti, 1961-1966-cı 

illərdə isə AMEA-nın baş elmi katibi 

olmuşdur. 1958-ci ildən ömrünün sonu-

na kimi keçmiş SSRİ Ali Təhsil Nazir-

liyi nəzdindəki Ali Attestasiya Komis-

siyasının üzvü olmuşdur. O, həmçinin 

keçmiş SSRİ-dəki Neft konqresinə 

dair Beynəlxalq komitənin (1962), 

Qarşılıqlı İqtisadi Yardım Şurası Kim-

ya Komissiyasının (1960-1975) üzvü 

olmuşdur. Akademik M.F.Nağıyev 

elmi fəaliyyəti ilə yanaşı, pedaqoji işlə 

də daim məşğul olmuşdur. O, uzun 

müddət ASİ-nin Kimya texnologiyası 

fakültəsində krekinq proseslərinin tex-

nologiyası fənnindən dərs demiş, 1959-

1960-cı illərdə BDU-nun Fiziki-kimya 

kafedrasına rəhbərlik etmişdir. 

Akademik M.F.Nağıyevin çoxşaxəli 

elmi-tədqiqat işlərinin nəticələri 30 

fundamental monoqrafiyada, 300 elmi 

əsərdə və müəlliflik şəhadətnaməsində 

öz əksini tapmışdır.  Onun rəhbərliyi ilə 

3 elmlər doktoru, 30 elmlər namizədi 

hazırlanmışdır. Respublikada elmin in-

kişafına və elmi kadrların hazırlanma-

sındakı xidmətlərinə görə 1956-cı ildə 

“Azərbaycanın  Əməkdar elm xadimi” 

adına layiq görülmüşdür.

Onun elm qarşısındakı əməyi dövlət 

tərəfindən qiymətləndirilərək, 1969-

cu ildə ən yüksək mükafata - Sosialist 

Əməyi Qəhrəmanı adına layiq görül-

müşdür. O, həmçinin Lenin, Qırmızı 

Əmək Bayrağı ordenləri ilə və bir sıra 

medallarla, Azərbaycan SSR Ali Sove-

tinin Fəxri Fərmanı ilə təltif olunmuş-

dur. 


M.F.Nağıyev 1975-ci il yanvar 

ayının 28-də uzun sürən xəstəlikdən 

sonra vəfat etmişdir. Akademik 

M.F.Nağıyevin adını  əbədiləşdirmək 

məqsədilə yaratdığı və rəhbərlik etdiyi 

AMEA-nın Kimya Texnologiyasının 

Nəzəri Problemləri İnstitutuna 1991-ci 

ildə onun adı verilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin