162
Ə d ə b i y y a t
Açılmamış səhifələrin izi ilə
[Mətn] /A.Paşayev.- Bakı:
Azərbaycan, 2001.- 536 s.
Cümhuriyyət parlamentinə
gedən yol [Mətn]
/A.Paşayev.- Bakı: Adiloğlu,
2005.- 88 s.
XIX-XX əsərlərdə
ermənilərin
azərbaycanlılara qarşı
törətdikləri soyqırımları
və deportasiyalar [Mətn]:
(arxiv sənəd və material-
ları əsasında) /A.Paşayev;
AMEA, A.A.Bakıxanov ad.
Tarix İn-tu.- Bakı, 2007.-
367 s.
Köçürülmə [Mətn]
/A.Paşayev; red.
T.Cahangir; rəssam
E.Lazımov.- Bakı: Azərnəşr,
1995.- 40 s.
“Molla Nəsrəddin”: dost-
ları, düşmənləri [Mətn]
/A.Paşayev.- Bakı: Çaşıoğlu,
2010.- 146 s.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.medeniyyet.az
www.milliarxiv.gov.az
Tarix
75
illiyi
Ataxan Paşayev
1938
MA
Y
Ataxan Əvəz oğlu Paşayev 1938-
ci il may ayının 1-də Naxçıvan Mux-
tar Respublikası Culfa rayonunun
Başkənd kəndində anadan olmuş-
dur. 1963-cü ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix
fakültəsini fərqlənmə diplomu ilə bi-
tirmişdir.
Əmək fəaliyyətinə 1962-ci ildə
Oktyabr İnqilabı və Sosialist qurucu-
luğu Mərkəzi Dövlət Arxivində (indi-
ki Milli Arxiv İdarəsi) böyük elmi işçi
kimi başlamışdır.
1963-1965-ci illərdə Arxiv İda-
rəsinin baş metodisti, 1966-1982-ci
illərdə Respublika Mərkəzi Dövlət
Ədəbiyyat və İncəsənət Arxivi-
nin direktoru, 1982-1984-cü illərdə
Azərbaycan Dövlət Politexnik İnsti-
tutunun (indiki Azərbaycan Texniki
Universiteti) baş müəllimi işləmişdir.
1984-cü ildən bu günə qədər Milli Ar-
xiv İdarəsinin rəisidir.
1981-ci ildə Tarix İnstitutunun İxti-
saslaşdırılmış Müdafiə Şurasında dis-
sertasiya müdafiə edərək tarix elmləri
namizədi, 2008-ci ildə isə AMEA-nın
A.A.Bakıxanov adına Tarix İnstitu-
tunun Müdafiə Şurasında “XIX-XX
əsrlərdə ermənilərin azərbaycanlılara
qarşı törətdikləri soyqırımları və de-
portasiyalar” mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək tarix
elmləri doktoru elmi dərəcəsi almış-
dır.
1968-ci ildə Azərbaycan Respub-
likası Ali Soveti Rəyasət Heyətinin
fəxri fərmanı ilə təltif edilmiş, 1981-
ci ildə “Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi” fəxri adı-
na layiq görülmüşdür.
1984-cü ildən “Azərbaycan arxivi”
jurnalının baş redaktorudur.
Beynəlxalq Arxivlər Şurasının 7-ci
(1972, Moskva), 13-cü (1996, Pekin)
və 14-cü (2000, Sevilya) və Vyana
(2004) konqreslərinin nümayəndəsi
olmuş və bu konqreslərdə Beynəlxalq
Arxivlər Şurası Baş Assambleyasının
üzvü seçilmişdir.
Keçmiş SSRİ, Müstəqil Dövlətlər
Birliyi, habelə, Türkiyə Cümhuriyyəti
arxiv orqanlarının, tarix qurumları-
nın keçirdiyi elmi konfranslarda və
simpoziumlarda Azərbaycan Respub-
likasını təmsil edərək, dəfələrlə elmi
məruzələrlə çıxış etmişdir.
Hazırda Milli Arxiv İdarəsinin
rəisidir.
1
Tarixçi