Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə213/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   209   210   211   212   213   214   215   216   ...   538
Ə d ə b i y y a t

Şirinova, A. Şuşasız 19 

il... : Şuşada 480 nəfər 

soydaşımız qətlə yetirilib, 

600 nəfər yaralanıb, 22 

min nəfər didərgin düşüb 

[Mətn] /A.Şirinova //Xalq 

cəbhəsi .-2011.- 7 may.- 

S.10.

Şuşa rayonu [Mətn]         

//Qarabağ: yaddaş.- Bakı, 

2010.- S.23-48.

Uğur. Düşmən tapdağı 

altında qalan Şuşa: Bura 

Azərbaycan türklərinin 

sevimli şəhəri, yurd yeri 

olub, yenə də olacaq...  

[Mətn] /Uğur //Xalq 

cəbhəsi.- 2011.- 6 may.-  

S.14.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.shusha-ih.gov.az

www.voanews.com

8


171

Tarixdə bu gün

Faşizm üzərində Qələbə Günü

1945

MA

Y

XX əsrdə İkinci Dünya müharibəsi 

illəri bəşəriyyət üçün ən ağır və 

dəhşətli dövr olmuşdur. Almani-

yada və  İtaliyada yaranmış faşizm 

nəinki bu ölkələrin özünü və  hətta 

bütün bəşəriyyəti təhlükə altına al-

mışdı.  İkinci Vətən müharibəsi 

illərində Azərbaycan xalqı  həm 

cəbhə bölgələrində, həm də arxa 

cəbhədə böyük qəhrəmanlıq və 

igidlik nümunələri göstərmişlər. 

Qısa bir müddətdə respublika-

da 87 qırıcı  təyyarə batalyonu və 

1124 özünümüdafiə  dəstələri təşkil 

olunmuşdu. 1941-1945-ci illərdə 

600 mindən çox Azərbaycan oğul 

və  qızları  cəbhəyə yollanmışdılar. 

Azərbaycan diviziyaları Qafqazdan 

Berlinədək mübariz yol keçmiş, 130-a 

yaxın həmyerlimiz Sovet İttifaqı 

Qəhrəmanı adına layiq görülmüş, 30 

nəfəri “Şərəf ordeni” ilə  təltif olun-

muşdur. 170 min Azərbaycan  əsgər 

və zabitlər SSRİ-nin müxtəlif orden 

və medalları ilə  təltif edilmişdir.  İki 

dəfə Sovet İttifaqı  Qəhrəmanı  Həzi 

Aslanov, Sovet İttifaqı qəhrəmanları 

İsrafil Məmmədov, Ruslan Vəzirov, 

Adil Quliyev, Gəray  Əsədov, Məlik 

Məhərrəmov, Mehdi Hüseynzadə; 

generallar Mahmud Əbilov, Akim 

Abbasov, Tərlan  Əliyarbəyov, Hacı-

baba Zeynalov və bir çox başqaları öz 

qəhrəmanlığı ilə bizim xalqın şərəfli 

tarixinə yeni sətirlər yazmışlar.

Az bir zamanda Bakı dö-

yüşən ordunun ən mühüm cəb-

bəxanasına (arsenal) çevrilmişdi. 

Böyük çətinliklərə baxmayaraq, 

neftçilərimiz fədakarlıqla çalışaraq 

cəbhəni və  sənəyemizi yanacaq-

la təmin etmişlər. Akademik Yusif 

Məmmədəliyevin rəhbərliyi ilə hava 

flotu (aviasiya) benzini almaq üçün 

yeni texnologiya yaradılmışdır. 1941-

ci ildə neftçilərimizin fədakar əməyi 

nəticəsində Azərbaycanın tarixində 

ən çox neft (23,5 milyon ton) istehsal 

olunmuşdu ki, bu da SSRİ-də istehsal 

olunan neftin 71.4%-ni təşkil etmiş-

dir. Ümumiyyətlə, müharibə illərində 

Azərbaycan neftçiləri ölkəni 75 mil-

yon ton neft, 22 milyon ton benzin 

və başqa neft məhsulları ilə  təmin 

etmişlər. Qətiyyətlə demək olar ki, 

faşizm üzərində  qələbənin qazanıl-

masında Bakı nefti əsas amillərdən 

biri olmuşdur. 

İkinci Dünya müharibəsində  əldə 

edilən qələbə Azərbaycan xalqının 

fədakar, qəhrəman, cəsərətli olmasını 

bir daha bütün dünyaya sübut etmiş-

dir.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin