Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə216/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   212   213   214   215   216   217   218   219   ...   538
Ə d ə b i y y a t

Qocayev, Ə. 28 may - Respublika Günü [Mətn] //Qocayev Ə.        

//Bayramlar və tarixi günlər.- Bakı, 2006.- S.26-29.

www.anl.az

www.az.wikipedia.org

28

95 

illiyi


174

Tarixdə bu gün

Azərbaycan Ali Məhkəməsi

1918

MA

Y

Azərbaycan Respublikası Konstitusiyasının 

131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə 

ümumi və ixtisaslaşdırılmış  məhkəmələrin icraa-

tına aid olan mülki (o cümlədən inzibati və iqtisa-

di mübahisələrə dair), cinayət işləri və digər işlər 

üzrə ali məhkəmə orqanıdır. 

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi 

kimi qanunla müəyyən edilmiş prosessual qayda-

da ədalət mühakiməsini həyata keçirir.

Ali Məhkəmə Azərbaycan Respublikasının pay-

taxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksi-

yası Azərbaycan Respublikasının bütün ərazisinə 

şamil edilir.

Azərbaycanın məhkəmə sisteminin xalqımızın 

müstəqillik uğrunda mübarizəsini, onun şanlı keç-

mişini  əks etdirən zəngin tarixi vardır. Çoxəsrlik 

dövlətçilik  ənənəsi olan Azərbaycan Respublika-

sının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci 

ildə Azərbaycan Demokratik Respublikasının ya-

ranması ilə eyni gündə may ayının 28-də təsis edil-

miş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri 

təyin olunmuşdur. 

Görülən bütün zəruri tədbirlərdən sonra 

Nazirlər  Şurasının qərarı ilə 01 oktyabr 1918-ci 

ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində 

prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə 

Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alı-

naraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə 

Palatasının Əsasnaməsi təsdiq  edilmişdir. 16 mart 

1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında 

Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı ol-

muş və o gündən etibarən palataya Bakı və Gəncə 

dairə  məhkəmələrinin işləri daxil olmağa başla-

mışdır. 

1920-ci il aprel ayının 27-28-də Azərbaycan 

Demokratik Respublikası Rusiyanın XI Qızıl 

Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə   

sistemində  də köklü dəyişikliklər başlanmışdı. 

Azərbaycan  İnqilab Komitəsinin 13 may 1920-

ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv 

edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmış-

dır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək 

onun səlahiyyətləri aidiyyati üzrə Ali Məhkəməyə, 

Mərkəzi  İcraiyyə Komitəsinə  və digər orqan-

lara verilmişdir. 1933-cü ildə  Mərkəzi  İcraiyyə 

Komitəsinin qərarı ilə Xalq Ədliyyə Komissarlı-

ğı yenidən təşkil edilmiş, Ədliyyə Komissarı eyni 

vaxtda Respublika Prokurorunun, onun müavini 

isə Ali Məhkəmə Sədrinin səlahiyyətini daşımışdır. 

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni 

Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri 

xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSR Ali 

Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il ta-

rixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv 

edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə 

rəhbərlik və nəzarət, məhkəmə statistikasının apa-

rılması Ali Məhkəməyə həvalə edilmişdir. 

Ədliyyə Nazirliyinin yenidən yaradılması ulu 

öndər Heydər Əliyevin  Azərbaycana rəhbərlik et-

diyi dövrə  təsadüf etmişdir. Belə ki, Azərbaycan 

SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 

1970-ci il tarixli qərarı ilə  Ədliyyə Nazirliyi 

təsis edilmiş, bununla da Azərbaycanın  ədliyyə 

tarixində yeni mərhələ başlanmışdır. 

Azərbaycan müstəqillik  əldə etdikdən sonra 

ötən dövr ərzində ölkənin məhkəmə sistemində 

əsaslı islahatlar aparılmışdır. Ümummilli lider 

Heydər  Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl 

məhkəmə hüquq islahatı  nəticəsində ölkənin bü-

tün hüquq sistemində köklü dəyişikliklər həyata 

keçirilmiş, qısa müddət  ərzində yeni mütərəqqi 

qanunlar qəbul edilmiş, 3 pilləli yeni məhkəmə 

sistemi yaradılmışdır. Yeni məhkəmə sisteminin 

fəaliyyətə başlaması üçün hakimlərin  şəffaf pro-

sedur  əsasında, beynəlxalq tələblərə uyğun test 

üsulu ilə imtahan və müsahibə ilə seçilməsi qərara 

alınmış, ölkə Prezidentinin yanında Məhkəmə-

Hüquq  Şurası yaradılmışdır. Məhkəmə-Hüquq 

Şurası  tərəfindən hakimlərin göstərilən tələblər 

səviyyəsində seçilməsi təmin edilmişdir. Seçil-

miş  şəxslərin sırasından müxtəlif təbəqələrin 

nümayəndələri geniş  təmsil olunmuş, nəticə 

etibarilə ölkədə müstəqil məhkəmə hakimiyyətinin 

yaradılması istiqamətində mühüm addım atılmış-

dır.


www.supremecourt.gov.az


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin