Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə215/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   211   212   213   214   215   216   217   218   ...   538
Ə d ə b i y y a t

Ağamirzə, T. Ermənilər 

həmişə Laçına yiyələnmək 

arzusunda olmuşlar 

[Mətn] /T.Ağamirzə   //

Vətən səsi.- 2011.- 13 

may.- S.3.

Alıoğlu, S. Laçın 

Azərbaycanın əzəli və 

əbədi torpağıdır [Mətn] 

/S.Alıoğlu      // Respubli-

ka.- 2011.-18 may.- S.7. 

Cəbrayılov, R. La-

çınlılar tezliklə yurda 

dönəcəklərinə inanırlar 

[Mətn] /R.Cəbrayılov 

//Xalq qəzeti.- 2011.-          

18 may.- S.9. 

Laçın rayonu [Mətn] //

Qarabağ: yaddaş.-Bakı, 

2010.- S.63-82.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.avciya.az

www.lachin-ih.gov.az 

17


173

Tarixdə bu gün

Respublika Günü

1918

MA

Y

1918-ci il may ayının 28-də Azərbaycan Xalq 

Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində 

ilk dünyəvi demokratik dövlət yaradılmışdı. Bu res-

publika millətimizin tarixi yaddaşında Azərbaycan 

dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məmməd  Əmin Rəsulzadə  tərəfindən  əsası 

qoyulan Demokratik Cümhuriyyət Türk və İslam 

dünyasında ilk Parlamentli Respublika və ilk de-

mokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918-ci il may ayının 28-də Azərbaycan milli 

Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın 

şimal torpaqlarında Azərbaycan Demokratik 

Cümhuriyyəti yarandığını elan etmişdi. Bu ta-

rixi sənədə görə Azərbaycan qonşu xalqlar 

və dövlətlərlə dostluq münasibəti quracaqdı. 

Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq 

cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti 

millət, məzhəb, sinif və cins fərqi görməmiş və bü-

tün vətəndaşların siyasi hüquqlarını təmin etmiş-

di.

Azərbaycan  müvəqqəti hökumətinin ilk başçısı 



isə Fətəli Xan Xoyski seçilmişdi. 10 gün Milli Şura 

Tiflisdə  işlədikdən sonra Gəncəyə köçürülmüş, 

yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusu-

nun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən 

təmizləndikdən sonra milli hökumət Gəncədən 

Bakıya köçmüşdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa öm-

rundə böyük nailiyyətlər və qalibiyyətlər əldə et-

mişdir. 95 il bundan əvvəl ilk dəfə qadınlara se-

çim hüququ tanıyan və qadın-kişi bərabərliyini 

təmin edən Müstəqil Azərbaycan Cümhuriyyəti

o cümlədən milli ordu, milli pul, demokratlaşma, 

milli bank, azad seçkilər, beynəlxalq  əlaqələr və 

beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan is-

tiqlalının tanınması, Azərbaycanın bütövlüyünü 

təmin etmək, iqtisadi islahatları  həyata keçirmiş-

dir. 

Azərbaycan Demokratik Respublikasını  rəsmi 



surətdə 1918-ci il iyun ayının 4-də tanıyan ilk 

dövlət Osmanlı dövləti olmuşdur. 

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin 

təklifi əsasında Azərbaycan Demokratik Respubli-

kasının üç rəngli bayrağı qəbul edilmişdir. O za-

mana qədər Azərbaycan Demokratik Respublika-

sının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası  gərgin 

və mürəkkəb ictimai-siyasi şəraitdə  cəmi 23 ay 

fəaliyyət göstərə bilmişdi. Təəssüflər olsun ki, 

Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına 

çatmadan bolşeviklərin hücumuna məruz qalmış, 

müvəqqəti olaraq devrilmişdi. Sovetlər Birliyi 

Azərbaycanı    məcburi  surətdə    öz  tərkibinə da-

xil etmişdi. Bolşeviklər tərifindən devrilməsinə 

baxmayaraq, istiqlal ideyası yenilməmiş  və 

M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN 

BAYRAQ, BİR DAHA ENMƏZ” şüarı öz əksini 

tapmış  və  nəhayət, 1991-ci ildə Sovet İmperi-

yasının dağılması ilə Azərbaycan yenidən öz 

müstəqilliyini elan etmişdir.

1990-cı ildən Respublika günü – dövlət 

müstəqilliyinin bərpa edilməsi günü dövlət bayra-

mı kimi qeyd edilir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin