Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə226/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   222   223   224   225   226   227   228   229   ...   538
7

Ə d ə b i y y a t

Kaşıyeva Qeysər Seyfulla qızı [Mətn] //Azərbaycan sovet ensiklopediyası: 10 cilddə.-Bakı, 1981.-C.5.-S.304.

İbrahimova, G. Qadın klubları (1920-1930-cu illər) [Mətn]: [məqalədə Qeysər Kaşıyeva haqqında da söhbət 

açılır] /G.İbrahimova //Bakı Universitetinin xəbərləri.- 2009.- №4.- S.26.

İ n t e r n e t d ə

www.azerbaycanli.org

www.az.wikipedia.org

www.gender-az.org

www.medeniyyet.az

120  

illiyi

Rəssam


184

Musiqi.Opera.Balet

95 

illiyi

Hacı Xanməmmədov 

1918-2005

İYUN

Hacı Dadaş  oğlu Xanməmmədov 

1918-ci il iyun ayının 15-də  Dərbənd 

şəhərində anadan olmuşdur. 

1934-cü ildə Ü.Hacıbəyli H.Xan-

məmmədovu özünün rəhbərlik etdiyi 

Azərbaycan Dövlət Radiosu nəzdindəki 

Xalq Çalğı Alətləri Orkestrinə solist 

kimi qəbul etmişdir. 

1937-ci ildə Azərbaycan Dövlət 

Akademik Opera və Balet Teatrında 

“Koroğlu” operası tamaşaya qoyulanda 

Ü.Hacıbəylinin simfonik orkestrə dəvət 

etdiyi 7 tarzəndən biri H.Xanməmmədov 

olmuşdu.

H.Xanməmmədov 1943-cü ildə 

Azərbaycan Dövlət Konservatoriya-

sında Üzeyir bəyin  təşəbbüsü ilə açı-

lan Xalq musiqisinin əsasları  şöbəsinə 

qəbul olunmuşdur. 

1947-ci ildə  o, öz təhsilini  Azər-

baycan Dövlət   Konservatoriyasının 

bəstəkarlıq fakültəsində davam etdir-

mişdir. 


1990-cı ildə H.Xanməmmədov yenə 

də musiqimizdə ilk dəfə olaraq kamança 

və orkestr  üçün “Konsert” bəstələmiş 

və  əsər mərhum sənətkarımız  Ədalət 

Vəzirovun ilk və kamil ifasından sonra 

tez bir zamanda məşhurlaşmış, ifaçıla-

rın repertuarına və tədris proqramlarına 

daxil edilmişdir.

H.Xanməmmədov həm də gözəl 

mahnılar müəllifidir. Onun 150-dən çox 

mahnısı görkəmli müğənnilərimizin re-

pertuarında layiqli yer tutmuşdur. 

O, görkəmli bəstəkar, dirijor olduğu 

kimi, eyni zamanda, təcrübəli pedaqoq, 

hami, tərbiyəçi idi. Onun professional 

musiqi kadrlarının tərbiyəsində mühüm 

xidməti olmuşdur. 40 ildən artıq bir 

dövrdə H.Xanməmmədov Bakı Musiqi 

Texnikumunda dərs demiş, 1957-ci ildən 

isə indiki Bakı Musiqi Akademiyasın-

da çalışmışdır. O, “Xalq çalğı alətləri” 

kafedrasının dirijorluq üzrə professoru, 

son illərdə isə “Azərbaycan xalq musi-

qisinin tarixi və nəzəriyyəsi” kafedrası-

nın məsləhətçisi olmuşdur.

1951-ci ildən  Azərbaycan  Bəs-

təkarlar  İttifaqının üzvü olan H.Xan-

məmmədov 1956-cı ildən onun İdarə 

Heyətinin üzvüdür.

O, müxtəlif illərdə M.Maqomayev 

adına Azərbaycan Dövlət Filarmoni-

yasının direktoru, Azərbaycan Dövlət 

Mahnı  və  Rəqs Ansamblının bədii 

rəhbəri kimi məsul vəzifələrdə ça-

lışmış, bir bəstəkar və ictimai xadim 

kimi çox faydalı  işlər görmüşdür. Bu 

fədakar sənətkarın xidmətləri layiqincə 

qiymətləndirilmişdir. O, 1967-ci ildə 

Azərbaycan Respublikasının “Əməkdar 

incəsənət xadimi”, 1988-ci ildə “Azər-

baycan Respublikasının Xalq artisti” 

fəxri adlarına, 1985-ci ildə “Rəşadətli 

əməyə görə” medalına, 2000-ci ildə 

“Şöhrət” ordeninə və 2001-ci ildə Pre-

zident təqaüdünə layiq görülmüşdür.

Görkəmli bəstəkar Hacı Dadaş oğlu 

Xanməmmədov 2005-ci il aprel ayının 

7-də ömrünün 87-ci ilində vəfat etmiş-

dir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin