180
İYUN
3
Milli ədəbiyyat
105
illiyi
Mikayıl Müşfiq
1908-1938
İYUN
Mikayıl Əbdülqadir oğlu İsmayılza-
də (Mikayıl Müşfiq) 1908-ci il iyun
ayının 5-də Bakı şəhərində, ziyalı
ailəsində anadan olmuşdur. Əslən Xızı
rayonundandır.
İbtidai təhsilini inqilabdan əvvəl
rus-tatar məktəbində almışdır. Azər-
baycanda Sovet hakimiyyəti qurulduq-
dan sonra Bakı Darülmüəllimində və
12 saylı II dərəcəli məktəbdə oxu-
muşdur.
1927-1931-ci illərdə Azərbaycan
Dövlət Darülfünunun (indiki Bakı
Dövlət Universiteti) dil və ədəbiyyat
fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə pedaqoq kimi
başlamışdır. Bakı orta məktəblərində
yeddi il müəllimlik etmiş, son iş yeri
indi onun adını daşıyan 18 saylı Bakı
şəhər orta məktəbi olmuşdur.
Poetik yaradıcılığa 1926-cı ildə
“Gənc işçi” qəzetində çap etdirdiyi
“Bir gün” şeirilə başlamışdır. Bundan
sonra dövri mətbuatda müntəzəm çıxış
etmişdir. “Küləklər” (1930), “Günün
səsləri” (1930), “Buruqlar arasında”
(1932), “Vuruşmalar” (1932), “Pam-
bıq” (1932), “Qaya” (1935), “Şəngül,
Şüngül, Məngül” (1934), “Kəndli və
ilan” ( 1935) adlı kitabları şairin sağlı-
ğında çap olunmuşdur.
O, bədii tərcümə ilə də ciddi məşğul
olmuş, Yeqişe Çarensin “Şeirlər”
(1934), Taras Şevçenkonun “Kob-
zar” (1934), A.S.Puşkinin “Qaraçılar”
(1930), S.Marşakın “Huşsuza bax,
huşsuza” (1935) əsərlərini tərcümə et-
mişdir.
1931-1937-ci illərdə Dilbər Axund-
zadə ilə ailə həyatı sürmüşdür.
1938-ci il yanvar ayının 6-da
cəza tədbirləri dövründə M.Müşfiq
də repressiya qurbanı olmuş və
güllələnmişdir. Şairin xatirəsini
əbədiləşdirmək üçün Bakıda Süley-
man Rəhimov küçəsində, yaşadığı
binanın qarşısına xatirə lövhəsi vu-
rulmuş, büstü qoyulmuş, məktəbə,
küçəyə və meydana adı verilmiş, Xızı-
da ev-muzeyi yaradılmışdır.
Müşfiqin “Yenə o bağ olaydı”,
“Oxu, tar”, “Küləklər”, “Duyğu yar-
paqları”, “Həyat sevgisi” və bir sıra
başqa şeirləri Azərbaycan poeziya
xəzinəsinin inciləri sırasındadır.
1968-ci ildə Bakıda Dilbər Axund-
zadənin “Müşfiqli günlərim” adlı
xatirələr kitabı nəşr olunmuş, kitabın
son genişləndirilmiş nəşri 2005-ci ildə
“Gənclik” nəşriyyatında işıq üzü gör-
müşdür.
Dostları ilə paylaş: |