194
Siyasət.Hərbi iş
105
illiyi
Əbdürrəhman Fətəlibəyli-
Düdənginski
1908-1954
İYUN
Əbdürrəhman Əli bəy oğlu Fətəli-
bəyli-Düdənginski 1908-ci il iyun ayı-
nın 12-də Şərurun Düdəngə kəndində
anadan olmuşdur. Ata-babaları məşhur
Səfəvi nəslinə mənsub olmuşdur. O,
gənc yaşlarında əsgər getmiş, hərbi pi-
yada məktəbini bitirmiş, Azərbaycan
diviziyasının zabiti olmuşdur.
1935-1936-cı illərdə Moskva
Hərbi Akademiyasında təhsil almağa
göndərilmiş bacarıqlı zabit, 1939-cu
ildə Finlandiya müharibəsində iştirak
etmiş, “Qırmızı Ulduz” ordeni ilə təltif
olunmuşdu.
O, bir müddət Leninqrad dairəsi
qərargahında şöbə rəisi işləmişdir.
1940-cı ildə Sovet hissələri Pribaltika
respublikalarını işğal etdikdən sonra,
Ə.Fətəlibəyli Riqada yerləşən hərbi
qərargaha göndərilmiş, orada almanla-
ra əsir düşmüşdür.
1943-cü ilin noyabr ayının 6-11-
də Berlində Azərbaycan “Milli Bir-
lik” Məclisinin təşəbbüsü ilə çağırı-
lan Milli Azərbaycan Qurultayının
keçirilməsində Ə.Fətəlibəylinin bö-
yük rolu olmuşdu. Müharibənin son-
larına yaxın Şərq cəbhəsində vuru-
şan Azərbaycan legionerlərinin sovet
ordu hissələrinin əlinə keçməməsi
üçün Ə.Fətəlibəylinin təşəbbüsü ilə
birliklərin əvvəlcə cənub və qərb
cəbhələrinə, bir müddətdən sonra isə
o dövrdə daha sakit bölgə olan İta-
liyaya köçürülməsinə başlanılmışdı.
Qeyd edək ki, bu, çox çətin və ağır
prosesin həyata keçirilməsində mayor
Ə.Fətəlibəylinin böyük xidmətləri ol-
muşdu.
1953-cü ilin mart ayında “Qurtu-
luş” radiosunun Azərbaycan redaksiya-
sı fəaliyyətə başlamış və redaksiyanın
ilk baş redaktoru mayor Ə.Fətəlibəyli-
Düdəndinski olmuşdu. “Azadlıq” ra-
diosu fəaliyyətə başladığı ilk gündən
Ə.Fətəlibəyli sovet siyasətinin əleyhinə
verilişlər hazırlamışdı. Qeyd edək ki,
mühacir və legionerlərin XX əsrin 50-
ci illərdəki bu fəallığı Sovet dövlətini
ciddi narahat etməyə başlamışdı.
1954-cü ilin noyabr ayının 20-də
hərbi və siyasi xadim Ə.Fətəlibəyli-
Düdənginski Münhenin “Alpenplate-6”
meydanındakı bir mənzildə qətlə yeti-
rilmişdi.
Dostları ilə paylaş: