Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə245/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   241   242   243   244   245   246   247   248   ...   538
Ə d ə b i y y a t

Bütöv Azərbaycan yolunda 

[Mətn] /Ə.Elçibəy.- Bakı: 

Nurlan, 2004.- 376 s. 

Deyirdim ki, bu quruluş 

dağılacaq [Mətn] /Ə.Elçibəy.-

Bakı: Gənclik, 1992.- 96 s. 

Müstəqillik. İkinci cəhd 

[Mətn] /Ə.Elçibəy; məsl. və 

ön sözün müəl. M.Mirəlioğlu; 

rəyçi A.Əliqızı; red. B.Əbil.- 

Bakı: Elçibəy kitabxanası, 

2001.- 30 s.

Siz xalqın sevgisiylə haq-

qa catacaqsınız [Mətn] 

/Ə.Elçibəy.- Bakı: Tanıtım, 

2001.- 52 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azdiaspora.org

www.musavat.com

24

Siyasi xadim


197

Siyasət.Hərbi iş

150 

illiyi

Hüseyn xan Naxçıvanski

1863-1919

İYUN

Hüseyn xan Kəlbəli xan oğlu Nax-

çıvanski 1863-cü il iyun ayının 28-də 

Naxçıvanda anadan olmuşdur. 

On beş yaşında ikən Peterburqdakı 

Paj korpusu məktəbinə verilmiş, 1881-

ci ildə oranı əla qiymətlərlə bitirərək, 

çarın xüsusi süvari qoşununda xidmət 

etmişdir. Sonralar Qafqazda və Ru-

siyanın müxtəlif  şəhərlərində  hərbi 

xidmətdə olan H.Naxçıvanskiyə 1903-

cü ildə polkovnik rütbəsi verilmişdir.

1904-1905-ci illərdə Rusiya-

Yaponiya müharibəsində qafqazlılar-

dan təşkil olunmuş 2-ci Dağıstan sü-

vari alayına komandirlik etmişdir.

1906-cı ildə  Leybqvardiya pol-

kunun komandiri olmuş, 1907-ci ildə 

generel-mayor rütbəsinə layiq görül-

müşdür. 


1912-ci ildə 1-ci Əlahiddə süvari 

briqadasının komandiri olmuş, Bi-

rinci Dünya müharibəsində 1-ci və 

2-ci süvari diviziyalarının komandiri 

Naxçıvanski alman cəbhəsinin məhv 

edilməsində fərqlənmişdir.

Birinci Dünya müharibəsi cəb-

hələrində qazandığı  qələbələrə  və 

sərkərdəlik məharətinə görə 1916-cı 

ildə Naxçıvanskiyə tam süvari qoşunu 

generalı rütbəsi verilmişdir.  Sonralar 

Cənubi Qafqaz cəbhəsinin komandanı 

təyin edilmiş, Rusiyada Fevral İnqila-

bından (1917) sonra hərbi işdən uzaq-

laşdırılmışdır.

Dördüncü və üçüncü dərəcəli 

müqəddəs Georgi ordenləri ilə, 

Müqəddəs Vladimir, ikinci dərəcəli 

Müqəddəs Aleksandr, Müqəddəs 

Anna,  İgidliyə görə,  İranın almazla 

bəzədilmiş 2-ci və 4-cü dərəcəli Şire-

Xurşid, zabitlərə məxsus Rumın uldu-

zu, Avstriyanın Dəmir xaç, Bolqarısta-

nın Döyüş xidmətlərinə görə ordenləri, 

dördüncü dərəcəli, bantlı, üstü yazılı 

qızıl silahla təltif olunmuşdur.

1919-cu ildə 56 yaşında Petroq-

radda vəfat etmişdir. Qəbri Sankt-

Peterburqdakı Aleksandr Nevski 

monastrının qəbiristanlığındadır. 

Görkəmli Azərbaycan generalının 

bolşeviklər tərəfindən güllələndiyi eh-

timal edilir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin