195
Siyasət.Hərbi iş
80
illiyi
Tofiq İsmayılov
1933-1991
İYUN
Tofiq Kazım oğlu İsmayılov 1933-
cü il iyun ayının 21-də Bakı şəhərində
anadan olmuşdur. Məktəbi bitirdikdən
sonra Moskva Elektrotexnika Rabitə
İnstitutuna daxil olmuşdur.
1956-cı ildə Moskva şəhərinin apa-
rıcı müəssisələrində işləmiş, sonralar
aspiranturaya daxil olmuşdur. 1966-
cı ildə Bakıya köçmüş və Azərbaycan
Politexnik İnstitutunda (indiki Azər-
baycan Texniki Universiteti) çalışmış-
dır.
1969-cu ildə texnika elmləri nami-
zədi, 1979-cu ildə isə texnika elmləri
doktoru adını almış, bir qədər sonra
isə professor elmi adına layiq görül-
müşdü. Beynəlxalq Mühəndislik Aka-
demiyasının həqiqi üzvü (akademik)
seçilmişdi.
Beynəlxalq elmi-texniki jur-
nal “Məsafədən duyma üzrə xülasə
jurnalı”nın (Vaşinqton), “Kosmik
Tədqiqatları EİB məlumatları” dövri
nəşrin redaktoru, “Azərbaycan Res-
publikası Elmlər Akademiyasının
Xəbərləri”nin (fizika, texniki və riyazi
elmlər üzrə) redaksiya kollegiyasının
üzvü, həmçinin Beynəlxalq Astro-
nomik İttifaqın, SSRİ Elmlər Akade-
miyası Astrosovetinin, SSRİ Elmlər
Akademiyası kosmik vasitələrlə təbii
sərvətlərin öyrənilməsi bürosu, SSRİ
Baş kosmos idarəsinin elmi-texniki
şurasının, SSRİ Elmlər Akademiyası
Elmi Şurasının və Dövlət elm və tex-
nika komitəsinin üzvü, Azərbaycan
Respublikası kosmonavtika federasi-
yasının sədri olmuşdur.
1989-cu ildən SSRİ Xalq deputatı,
SSRİ Ali Soveti Rəyasət Heyətinin,
Sov. İKP MK və Azərbaycan KP MK-
nın üzvü olmuşdu.
Akademik T.K.İsmayılov məxsusi
cihazqayırma sahəsində
məşhur
alim idi. Onun aerokosmik nəzarət
kolibrləmə poliqonlarında pey-
kaltı ölçmə texniki vasitələrinin
nəzəriyyəsinə və tətbiqinə verdiyi
təkliflər xüsusi mahiyyət kəsb etmiş-
dir. Onun rəhbərliyi və şəxsi iştirakı
ilə hazırlanmış “PS - 17 BK” və “Pul-
sar X-1” rentgen teleskopları böyük
müvəffəqiyyətlə “Salyut-Soyuz-T-11”,
“Mir” orbital stansiyalarında fəaliyyət
göstərmişdi. “Pulsar X-1” ifrat uldu-
zunun kəşfində iştirak etmiş, həmçinin
“PS - 17 BK” (vertolyot variantında)
Çernobıl AES rayonunda radiasiya
vəziyyətinin müəyyənləşdirilməsində
geniş istifadə olunmuşdu.
200-dən çox elmi işin müəllifidir,
onlardan 90-ı ixtiradır. Onun rəhbərliyi
ilə 3 doktorluq və 12 elmlər namizədi
dissertasiyaları müdafiə edilmişdir.
T.K.İsmayılov 1991-ci ilin sent-
yabrında Azərbaycan Respublikasının
ilk Dövlət Katibi vəzifəsinə təyin edil-
mişdi. Xalq qarşısında xidmətlərinə
görə “Qırmızı əmək bayrağı” ordeni,
“Əməkdə rəşadət” medalı, elm və tex-
nika sahəsində Azərbaycan Respubli-
kasının Dövlət Mükafatına layiq gö-
rülmüş, K.E. Sialkovski, S.P. Korolyov
və Y.A. Qaqarin adına fəxri medallarla
təltif edilmişdi.
1991-ci il noyabr ayının 20-də To-
fiq Kazım oğlu İsmayılov Qarabağın
Qarakənd kəndi üzərində “Mİ-8” hərbi
vertolyotunda faciəli şəkildə həlak ol-
muşdu.
Dostları ilə paylaş: