Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə247/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   243   244   245   246   247   248   249   250   ...   538
28

19

Ə d ə b i y y a t

Vəlixan Sona İbrahim 

qızı [Mətn] //Azərbaycan 

Sovet Ensiklopediyası.- 

Bakı, 1978.- C.2.-S.463.

İ n t e r n e t d ə

www.adam.az

www.az.wikipedia.org

www.gender-az.org

www.kataloq.net 

www.zarifa-aliyeva.az

130  

illiyi

Göz həkimi


199

Kimya.Biologiya.Tibb

85 

illiyi

Cəlal Əliyev

1928

İYUN

Cəlal  Əlirza oğlu  Əliyev 1928-ci il 

iyun ayının 30-da Naxçıvan  şəhərində 

anadan olmuşdur. Naxçıvan Dövlət 

Müəllimlər İnstitutunun təbiət-coğrafiya 

fakültəsini və Azərbaycan Dövlət Uni-

versitetinin biologiya fakültəsini bitir-

mişdir. 1948-ci ildən Azərbaycan Dövlət 

Universitetinin Bitki fiziologiyası ka-

fedrasında laborant işləmişdir. 1954-cü 

ildən Azərbaycan EA-nın Elmi Tədqiqat 

Əkinçilik  İnstitutunda kiçik elmi işçi, 

baş elmi işçi, laboratoriya müdiri 

vəzifələrində çalışmışdır. 1971-1990-

cı illərdə Azərbaycan EA-nın Botanika 

İnstitutunda fotosintezin fiziologiyası 

yaradıcı qrupunun rəhbəri, laboratoriya 

müdiri, şöbə müdiri, Azərbaycan EA-nın 

Biologiya elmləri bölməsinin akademik-

katibi olmuşdur. Biologiya elmləri dok-

toru, professordur. Azərbaycan Milli 

Elmlər Akademiyasının həqiqi üzvü, 

Rusiya Kənd Təsərrüfatı Elmləri Aka-

demiyasının həqiqi üzvü, Ukrayna Aq-

rar Elmlər Akademiyasının və Belarus 

Kənd Təsərrüfatı Elmlər Akademiyası-

nın xarici üzvüdür. Əməkdar elm xadi-

midir. Onlarla monoqrafiyanın, kitabın 

və yüzlərlə elmi məqalənin müəllifidir. 

Akademik C.Əliyev və onun hazırladığı 

kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq 

proseslərinin molekulyar əsaslarının 

öyrənilməsində böyük nailiyyətlərə görə 

Beynəlxalq Soros Fondunun 8 qrantına 

layiq görülmüşlər.

C.Əliyev bir sıra beynəlxalq və mil-

li cəmiyyətlərin, o cümlədən Bitkilərin 

molekulyar biologiyası üzrə beynəlxalq 

cəmiyyətin (1994), Amerika bitki bio-

loqları  cəmiyyətinin (1994), Forosintez 

tədqiqatları üzrə beynəlxalq cəmiyyətin 

(1995), Yaponiya bitki fizoloqları 

cəmiyyətinin (1997), Hüceyrə stresi üzrə 

beynəlxalq cəmiyyətin (1998) üzvüdür. 

Eyni zamanda YUNESKO yanında “Bi-

oetika, elmi biliklərin və texnologiya-

ların etikası” Milli Komitəsinin (1999) 

sədridir. C.Əliyev həm də 1994-cü ildən 

etibarən Azərbaycanda biologiya elmi-

nin yeni sahələrini inkişafı fondunun 

(BEYSİF) prezidentidir.

I-III çağırış Azərbaycan Respublika-

sı Milli Məclisinin deputatı olmuşdur. 

2011-ci il noyabrın 7-də 62 saylı Saatlı 

seçki dairəsindən yenidən Azərbaycan 

Respublikası Milli Məclisinin deputatı 

seçilmişdir. Azərbaycan-Almaniya Fe-

derativ Respublikası parlamentlərarası 

əlaqələr üzrə  işçi qrupunun rəhbəridir. 

Hazırda Azərbaycan MEA-nın Rəyasət 

Heyətinin, Yeni Azərbaycan Partiya-

sı Siyasi Şurasının üzvüdür. Akade-

mik Cəlal  Əliyev elm qarşısında bö-

yük xidmətlərinə görə 2 dəfə “Qırmızı 

əmək bayrağı” (1978, 1986), Müstəqil 

Azərbaycan Respublikasının ən ali mü-

kafatı olan “İstiqlal” (1998) və Gür-

cüstan Respublikasının “Şərəf” (2003) 

ordenləri ilə, “Azərbaycan Respublikası 

Prezidentinin fəxri diplomu” (2008) ilə 

təltif olunmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin