200
Texnika
85
illiyi
Tofiq Əliyev
1928-1993
İYUN
Tofiq Məmməd oğlu Əliyev 1928-
ci il iyun ayının 1-də Gəncə şəhərində
anadan olmuşdur.
1945-ci ildə Gəncə şəhərində 4 say-
lı orta məktəbi qızıl medalla bitirmiş
və həmin il Azərbaycan Sənaye İns-
titutunun energetika fakültəsinə daxil
olmuşdur.
1951-ci ildə həmin fakültəni fərq-
lənmə diplomu ilə bitirərək mühəndis
elektrik ixtisasına yiyələnmişdir.
1967-ci ilin iyun ayında doktorluq
dissertasiyasını müdafiə etmişdir.
1988-ci ilin iyun ayından etibarən
o, indiki Azərbaycan Dövlət Neft
Akademiyasına elmi işlər üzrə prorek-
tor vəzifəsinə, həmin ilin dekabrından
isə rektor vəzifəsinə təyin edilmiş və
1993-cü ilə kimi bu vəzifədə çalış-
mışdır. O, Azərbaycan “Cihazsənaye”
Elmi-Texniki Cəmiyyətinin sədri,
Sumqayıt şəhər Xalq Deputatları Şu-
rasının deputatı seçilmiş, 1969-cu və
1983-cü illərdə 2 dəfə SSRİ və 1974-
cü ildə 1 dəfə Azərbaycan SSR Dövlət
Mükafatları laureatı olmuş, 1981-ci
ildə “Azərbaycanın Əməkdar elm və
texnika xadimi” fəxri adına, “Şərəf
Nişanı” ordeninə layiq görülmüşdür.
Akademik T.M.Əliyev xarici
ölkələrdə keçirilən elmi forumlarda
Azərbaycan elmini ləyaqətlə təmsil
etmişdir.
O, 227 elmi məqalənin, 213 ix-
tiranın, 40-a yaxın monoqrafiyanın,
dərslik və dərs vəsaitlərinin müəllifi
olmuşdur. Onun rəhbərliyi altında 5
elmlər doktoru, 38 elmlər namizədi
hazırlanmışdır.
Görkəmli alim 1993-cü ildə vəfat
etmişdir.
Dostları ilə paylaş: