Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə253/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   249   250   251   252   253   254   255   256   ...   538
20

Ə d ə b i y y a t

Ümumdünya Qaçqınlar 

Günü...: Əli Həsənov: 

“Ermənistandan qovul-

muş insanlar öz doğma 

yurdlarına qayıdana 

qədər onların qaçqın 

statusu saxlanılır” 

[Mətn]       //Hürriyyət.- 

2009.- 19-21 iyun.- S.11.

Sultanova, M. Qaçqın 

və məcburi köçkünlərə 

dövlət qayğısı daim 

diqqət mərkəzindədir: 

20 iyun Ümumdünya 

Qaçqınlar Günüdür 

[Mətn] /M.Sultanova  

//Ekran-efir.- 2009.- 19 

iyun.- S.1,2.

İ n t e r n e t d ə

www.azadliq.org

www.refugees-idps-

committee.gov.az


204

Tarixdə bu gün 

İYUN

26

26 iyun tariximizin əlamətdar səhifələrindən 

biri - Azərbaycan Milli Ordusunun yarandığı gün-

dür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq 

Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və 

Hərbi Nazirliyin yaradılması barədə  qərar qəbul 

etmişdir. 

Milli Ordunun yaranması Azərbaycan xalqının 

milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən 

önəmli mərhələlərindən biri idi. Məhz güclü, ni-

zami ordu 1918-ci il may aının 28-də elan edilmiş 

istiqlalın bütün ölkə  ərazisində  qələbə çalmasını 

təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şa-

umyanın başçılıq etdiyi Bakı Xalq Komissarla-

rı Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 

minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı sava-

şa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən 

Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daş-

naklar buna nail ola bilmədilər.

İyun ayının 26-da ilk hərbi korpusun (diviziya 

statusunda) yaradılması barədə  qərar qəbul edil-

miş, Azərbaycan Milli Ordusunun təməli qoyul-

muşdu. General Səmədağa Mehmandarov hərbi 

nazir, general Əliağa Şıxlinski hərbi nazirin müa-

vini, general Süleyman Sulkeviç isə baş qərargah 

rəisi təyin olunmuşdu. 

1919-cu il milli ordu quruculuğunda həlledici 

mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 

1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 

40 min nəfərlik nizami ordunun 30 mini piyada, 

10 mini isə süvari qoşun hissələrindən ibarət idi 

1920-ci ilin aprel ayında XI Qızıl Ordu 

Azərbaycan sərhədlərinə yaxınlaşmış 

və 


A.Mikoyan başda olmaqla Bakı bolşevikləri 

rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun 

sərhəddəki azsaylı hissələri ruslara müqavimət 

göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına 

yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını 

parlament binasına tuşlamış, Bakıda milli hökumət 

süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu 

ilə Milli Ordunun mövcudluğuna da son qoyul-

muşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il 

mayın 7-də Azərbaycanda ordu və donanmanın 

yenidən təşkil edilməsi barədə dekret vermişdi. 

Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i 

bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin 

böyük hissəsi repressiyaya məruz qalmışdı.

İlk dəfə Azərbaycan Respublikası Preziden-

tinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə 

təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət 

müstəqilliyinin bərpasından sonra Azərbaycan or-

dusunun yaradılması barədə Azərbaycan Ali So-

vetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, 

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü 

elan edilmişdir. 

Məhz Heydər  Əliyev Azərbaycana rəhbərliyə 

qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu-

na başlanmışdı.

Azərbaycan Respublikası Prezidentinin 22 

may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə 

Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun 

tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri 

günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi 

dövlət bayramı kimi qeyd edilir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin