204
Tarixdə bu gün
İYUN
26
26 iyun tariximizin əlamətdar səhifələrindən
biri - Azərbaycan Milli Ordusunun yarandığı gün-
dür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və
Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul
etmişdir.
Milli Ordunun yaranması Azərbaycan xalqının
milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən
önəmli mərhələlərindən biri idi. Məhz güclü, ni-
zami ordu 1918-ci il may aının 28-də elan edilmiş
istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını
təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şa-
umyanın başçılıq etdiyi Bakı Xalq Komissarla-
rı Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20
minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı sava-
şa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən
Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daş-
naklar buna nail ola bilmədilər.
İyun ayının 26-da ilk hərbi korpusun (diviziya
statusunda) yaradılması barədə qərar qəbul edil-
miş, Azərbaycan Milli Ordusunun təməli qoyul-
muşdu. General Səmədağa Mehmandarov hərbi
nazir, general Əliağa Şıxlinski hərbi nazirin müa-
vini, general Süleyman Sulkeviç isə baş qərargah
rəisi təyin olunmuşdu.
1919-cu il milli ordu quruculuğunda həlledici
mərhələ olmuşdu. Ordunun yaradılması prosesi
1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı.
40 min nəfərlik nizami ordunun 30 mini piyada,
10 mini isə süvari qoşun hissələrindən ibarət idi
1920-ci ilin aprel ayında XI Qızıl Ordu
Azərbaycan sərhədlərinə yaxınlaşmış
və
A.Mikoyan başda olmaqla Bakı bolşevikləri
rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun
sərhəddəki azsaylı hissələri ruslara müqavimət
göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına
yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını
parlament binasına tuşlamış, Bakıda milli hökumət
süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu
ilə Milli Ordunun mövcudluğuna da son qoyul-
muşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il
mayın 7-də Azərbaycanda ordu və donanmanın
yenidən təşkil edilməsi barədə dekret vermişdi.
Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i
bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin
böyük hissəsi repressiyaya məruz qalmışdı.
İlk dəfə Azərbaycan Respublikası Preziden-
tinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə
təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra Azərbaycan or-
dusunun yaradılması barədə Azərbaycan Ali So-
vetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr,
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü
elan edilmişdir.
Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə
qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu-
na başlanmışdı.
Azərbaycan Respublikası Prezidentinin 22
may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə
Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun
tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi
dövlət bayramı kimi qeyd edilir.
Dostları ilə paylaş: