Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə250/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   246   247   248   249   250   251   252   253   ...   538
1

Ə d ə b i y y a t

Qocayev, Ə. 1 iyun-

Uşaqları Beynəlxalq 

Müdafiə Günü [Mətn]      

//Qocayev Ə. Bayramlar 

və tarixi günlər.-Bakı: 

Altun Kitab, 2006.- S.110-

112.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.fenomen.az

www.milli.az


202

Tarixdə bu gün 

İYUN

15

15

Milli Qurtuluş Günü 

1993

1991-ci ilin oktyabrında Azərbaycan 

müstəqillik əldə etsə də, Ermənistanın iş-

ğalçılıq niyyəti güdən təcavüzü respubli-

kada vəziyyəti gərginləşdirmişdi. 1993-cü 

il iyunun 4-də  Gəncədə polkovnik Surət 

Hüseynovun nəzarəti altında olan hərbi 

hissənin hakimiyyətə itaətsizliyi ölkəni 

tamamilə xaosa sürükləmişdi. Situasiyanı 

nəzarətə almaq üçün hakimiyyətin atdığı 

tələsik addımlar vəziyyəti düzəltməmiş

əksinə, Gəncəyə yola düşən dövlət 

nümayəndələri girov götürülmüşdü. Qi-

yamçı hərbi hissənin rəhbərliyi, əvvəlcə o 

vaxtki Baş nazir və Milli Məclis Sədrinin, 

sonra isə Prezidentin istefasını tələb etmiş-

di. Vəziyyət nəzarətdən çıxmış,  ətraf ra-

yonların icra başçıları zorla dəyişdirilmiş, 

Surət Hüseynovun qiyamı məhdud Gəncə 

civarlarından çıxaraq, üzü Bakıya doğru 

geniş miqyas almışdı. Belə böhranlı  və 

ağır vəziyyətdə ölkə vətəndaşları yeganə 

çıxış yolunu yenə  də müdrik rəhbərinin 

hakimiyyət sükanı arxasına keçməsində 

görmüşdü. Bu taleyüklü sınaq anında xal-

qın çağırışına səs verən, dövlətin gələcək 

taleyinə biganə qalmayan böyük strateq 

Heydər  Əliyev Bakıya dönərək respub-

likada yaranmış hakimiyyət böhranının 

aradan qaldırılması istiqamətində  əməli 

fəaliyyətə başlamışdı. Ümummilli liderin 

bir qrup ziyalı ilə  Gəncəyə  səfər etməsi 

və heç bir riskdən çəkinməyərək silah-

lanmış qüvvələrlə danışıqlar aparması 

vətəndaş müharibəsi təhlükəsinin qarşısı-

nın alınmasında mühüm addım olmuşdu. 

Bundan bir neçə gün sonra - iyun ayının 

15-də isə ulu öndər parlamentdə səslənən 

təkidli xahişləri,  ən  əsası xalqın istəyini 

nəzərə alaraq o zamankı Azərbaycan Res-

publikası Ali Sovetinin Sədri vəzifəsinə 

seçilməsinə razılıq vermişdi. Bu tarixi 

hadisə respublika həyatında xaos və anar-

xiyadan qurtuluşa doğru yeni mərhələnin 

başlanğıcına çevrilmişdi. Beləliklə də, 15 

iyun Azərbaycanın tarixinə Milli Qurtuluş 

Günü kimi daxil edilmişdir.

Ulu öndərin 1993-cü ilin 15 iyun 

tarixində Ali Sovetin Sədri seçilməsi 

Azərbaycanda eyni zamanda mütərəqqi 

parlamentarizm  ənənələrinin formalaş-

masını  təmin etmişdi. Heydər  Əliyev bu 

vəzifədə səylə çalışaraq ilk növbədə par-

lamentin cəmiyyətdəki nüfuzunun sağ-

lamlaşdırılması  tədbirlərinə başlamış, 

yüksək idarəçilik keyfiyyətləri sayəsində 

ali qanunverici orqanda xoşagəlməz siyasi 

çəkişmələrin, qeyri-etik davranışların qar-

şısını almışdı. Müzakirə və diskussiyaların 

sivil, demokratik meyarlar çərçivəsində 

aparılması üçün şəxsi nümunə göstərmiş, 

parlament idarəçiliyinə yeni ruh və mü-

asirlik gətirmişdi. Milli Məclisin iclas-

ları, mətbuat konfransları, respublika 

əhəmiyyətli müşavirələr birbaşa yayımla 

televiziya ekranlarına verilmişdi.

Sonralar millət vəkilləri 15 iyun tarixi-

nin təqvimə Azərbaycanın Qurtuluş günü 

kimi salınması  təklifi ilə  çıxış etmişlər 

və Milli Məclis bu təklifi  bəyənmişdi. 

O vaxtdan Heydər  Əliyevin yenidən 

hakimiyyətə qayıdışı Milli Qurtuluş günü 

kimi qeyd edilir. Artıq bir neçə ildir ki, 

xalq bu günü Heydər  Əliyevin məzarını 

ziyarət etməklə anır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin