Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə252/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   248   249   250   251   252   253   254   255   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


203

Tarixdə bu gün 

Ümumdünya Qaçqınlar Günü 

2000

     

İYUN

Hər il iyun ayının 20-də BMT 

Ümumdünya Qaçqınlar Gününü qeyd 

etməklə bütün dünyanı qaçqınların və 

məcburi köçkünlərin vəziyyətinə diqqət 

ayırmağa çağırır. Ümumdünya Qaçqın-

lar Günü 2000-ci il 4 dekabr tarixində 

BMT Baş Assambleyası  tərəfindən 

yekdilliklə  qəbul olunmuş  qətnamə ilə 

müəyyən edilmişdir. 20 iyunda qaçqın-

ların və məcburi köçkünlərin cəsurluğu, 

mətanət və iradəsi qeyd olunmaqla on-

lara mənəvi dəstək verilir.

Bu gün BMT QAK 6300 nəfər 

heyətlə 120 ölkədə  fəaliyyət göstərir. 

Heyətin 80 faizdən çoxu dünyanın 

müxtəlif yerlərindəki sahə  ofislərində, 

tez-tez isə ailələrindən ayrı, çətin şərtlər 

altında çalışır.

BMT-nin açıqlamasına görə dünyada 

15.4 milyon qaçqının beşdə dördü ka-

sıb ölkələrin payına düşür. Qaçqınların 

ümumi sayının dördə birindən bir qədər 

çox isə 3 ölkəyə - Pakistan, İran və Su-

riyaya aiddir. Bu göstəriciyə Şimali Af-

rika və Yaxın Şərqdə baş verən son ix-

tişaşlardan qaçqın düşən insanlar daxil 

edilməmişdir. Onların sayı isə artmaqda 

davam edir. Dünya qaçqınları  sırasın-

da Azərbaycanın da 20 faiz torpaqları 

erməni yaraqlıları  tərəfindən işğal edi-

lib. Bu işğal nəticəsində 1 milyondan 

artıq azərbaycanlı öz yurd-yuvasından 

qaçqın düşüb.

Azərbaycanda BMT QAK-ın 20 

nəfərlik heyəti qaçqın və  sığınacaq 

axtaran  şəxslərə  zəruri maddi yardı-

mın göstərilməsi və mümkün olduq-

ca fəal  şəkildə davamlı  həll yollarını 

təmin etməkdən ibarətdir. Azərbaycan 

hökumətinin 250 mindən çox qaçqının 

inteqrasiya edilməsi və yarım milyon-

dan artıq məcburi köçkünün yaşayış 

şəraitinin yaxşılaşdırılması BMT-nin 

Qaçqınlar üzrə Ali Komissarı və BMT  

Baş Katibinin məcburi köçkünlərin 

hüquqları üzrə xüsusi nümayəndəsi 

tərəfindən təqdirəlayiq hal kimi 

qiymətləndirilmişdir. Təşkilat məcburi 

köçkünlərin hələ də üzləşdikləri huma-

nitar problemlərin aradan qaldırılmasın-

da və onların hüquqlarının, o cümlədən 

Dağlıq Qarabağ münaqişəsinin sülh 

yolu ilə  həlli nəticəsində öz doğma 

yurdlarına qayıtma hüququnun qorun-

ması sahəsində hökumətin səylərinə 

fəal şəkildə qoşulmuş və dəstək vermiş-

dir.


20 iyunda biz dünya qaçqınlarını 

yada salır, həyata ruhlandırır, onlara 

mənəvi dəstək göstəririk. Bu şərəf və 

ləyaqətini  ən çətin  şəraitdə qorumaq 

üçün mücadilə edən didərgin və yurd 

yuvasından məhrum olmuş insanların 

həmrəyliyi günüdür.

Ümumdünya Qaçqınlar Günü 

münaqişələr nəticəsində doğma yurd 

yuvalarından didərgin düşənlərə dəstək 

olmaq üçün imkan yaradır. Ümumdün-

ya Qaçqınlar gününün qeyd edilməsində 

əsas məqsəd dünya ictimaiyyətinin 

diqqətini bu insanların yaşadıqları ağır 

şəraitə cəlb etməkdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin