İ n t e r n e t d ə
www.anl.az
www.milliqahraman.az
Aqil Sahib oğlu Quliyev 1963-cü
il sentyabr ayının 19-da Qərbi Azər-
baycanın Qarakilsə rayonunda doğul-
muşdur.
1980-ci ildə məktəbi bitirmiş və
Azərbaycan Neft Akademiyasına daxil
olmuşdur. Üçüncü kursda oxuyarkən
hərbi xidmətə çağırılmışdır. Ordudan
tərxis edildikdən sonra yarımçıq qal-
mış təhsilini davam etdirmiş, 1985-ci
ildə Xarkov Ali Milis Məktəbinə daxil
olmuşdur.
1988-ci ildə ermənilər Qərbi Azər-
baycan torpaqlarından soydaşlarımızı
deportasiya edərkən onun da ailəsi bu
təcavüzə məruz qalmışdır. Aqil ailəsini
Bakıya gətirmiş, burada müvəqqəti sı-
ğınacaq tapmışdır.
Sonra Milli Ordunun qərargahına
gələrək cəbhəyə göndərilməsini xa-
hiş etmişdir. O, 45 nəfər döyüşçü ilə
Ağdama göndərilmiş, rota komandi-
ri təyin olunmuşdur. Aqil Quliyev ilk
hərbi əməliyyatını Xocalıda həyata
keçirmişdir. 1992-ci il fevral ayının
18-də ermənilər Rusiyaya məxsus
366-cı moto-atıcı alayın köməkliyi ilə
Xocalı şəhərini mühasirəyə alıb atəşə
tutduğu vaxt Aqilin komandirlik etdiyi
rota onlara qarşı rəşadətlə vuruşmuş,
onlarla qulduru məhv edə bilmişdilər.
Amma cəsur komandir burada hər iki
ayağından yaralanmışdı.
25 fevral 1992-ci ildə döyüşçü
dostları onu təhlükəsiz yerə aparmaq
istəyərkən xain düşmənin gülləsinə tuş
gəlmiş və şəhid olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 1992-ci il 7 iyun tarixli 833 saylı
Fərmanı ilə Quliyev Aqil Sahib oğlu
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür.
Bakı şəhərinin Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir. Bakının Bayıl
qəsəbəsindəki küçələrdən birinə onun
adı verilmiş, yaşadığı binanın önünə
xatirə lövhəsi vurulmuşdur.
|