Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə336/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   332   333   334   335   336   337   338   339   ...   538
Ə d ə b i y y a t

Ələsgərov Murtuz Nəcəf 

oğlu [Mətn]: biblioqrafiya 

/tərt. ed. R.Süleymanov; 

elmi red. Z.Əliyev; 

məsl.: M.Mərdanov, 

T.Baxşəliyev.- Bаkı, 1995.-

141 s.-(Azərbaycanın elm 

və mədəniyyət xadimləri)

Ələsgərov Murtuz Nəcəf 

oğlu [Mətn] //ХХI əsr 

Azərbaycan hüquqşünas-

ları: ensiklopedik nəşr /

layih. rəhb., tərt.ed. və red. 

Е.İsgəndərzadə; ingilis dil. 

çevirən və ing. mətn. red. 

K.Zamanlı.- Bakı, 2003.- 

S.22.

Ömür yolları: Murtuz 

Ələsgərov - 75 [Mətn]            

/elmi red. N.Xudiyev; tərt.: 

A.Babayev, H.Babayev, 

fotolar: R.Qəmbərov, 

R.Bağırov.-Bakı: Azərnəşr, 

2004.-344 s.

Əmircanov, P. Böyük alim, 

görkəmli ictimai-siyasi 

xadim, sadiq silahdaş 

[Mətn]: Bakı Dövlət 

Universitetində millət 

vəkili Murtuz Ələsgərovun 

80 illik yubileyi qeyd 

olunmuşdur /P.Əmircanov 

//Xalq qəzeti.- 2008.- 24 

sentyabr.- S.3.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

20

İctimai-siyasi xadim


269

Mədəniyyət.Elm.Maarif

135 

illiyi

Oruc Orucov 

1878-1954

SENTY

ABR

Oruc  Əli oğlu Orucov 1878-ci il 

sentyabr ayının 12-də Yelizavetpol qu-

berniyasının Cavanşir qəzasında (indi-

ki Bərdə rayonu) anadan olmuşdur.

Kənd mollaxanasında oxumuş, Ye-

lizavetpol (Gəncə) sənət məktəbini bi-

tirmişdir. 1896-cı ildə Bakıya köçərək, 

ticarətlə məşğul olmuşdur. 1905-ci ildə 

naşirlik fəaliyyətinə başlamış, qardaş-

ları Qənbər və Abuzərlə birlikdə “Oru-

cov qardaşları” nəşriyyatını  təşkil et-

mişdir. Nəşriyyatın müasir avadanlıqla 

təchiz olunmuş mətbəəsi, kitab və yazı 

ləvazimatı satılan mağazası vardı. 

1905-1917-ci illərdə “Orucov qar-

daşları nəşriyyatı”nda müxtəlif adda və 

məzmunda 333 kitab, bir neçə qəzet, o 

cümlədən “Həqiqət”, “Yeni həqiqət”, 

“Günəş”, “Asari-həqiqət”, “Bəsirət”, 

“İqbal”, “Yeni iqbal” və s. qəzetlər çap 

olunmuşdur. 

Orucov 1909-cu ildən etibarən 

qəzetçilik fəaliyyətinə başlamış, 

“Həqiqət” (1909-1910), “Günəş” 

(1910-1911), “Yeni həqiqət” (1911) 

qəzetlərinin naşiri olmuşdur. Publisis-

tik məqalələrində Avropa imperializmi-

nin  Şərqdə yeritdiyi müstəmləkəçilik 

siyasətini tənqid etmişdir.

 Orucov 1911-ci ilin martında pa-

nislamizm ideyalarını  təbliğ etməkdə 

təqsirləndirilərək, bir qrup jurnalistlə 

birgə 2 il müddətinə  həbs olunmuş 

və Rusiyanın daxili quberniyalarına 

sürgün edilmişdi. Saratov, Nijni Nov-

qorod və Varşavadan “İqbal” qəzetinə 

göndərdiyi məqalələrdə Bakıda baş 

verən hadisələrə münasibət bildirmiş-

di. Romanovlar sülaləsinin 300 illik 

yubileyi ilə əlaqədar elan edilən əfvi-

ümumidən sonra Bakıya dönərək, na-

şirlik fəaliyyətini davam etdirmişdir. 

1917-ci ilin dekabr ayında qardaşları 

Abuzər və Qənbərdən ayrılaraq, “Açıq 

söz” qəzetində  Məhəmməd  Əmin 

Rəsulzadə ilə  əməkdaşlığa başlamış, 

qəzetin nəşriyyat işləri üzrə müdiri 

vəzifəsini icra etmişdir.

Oruc Orucov 1954-cü il mart ayının 

2-də Bərdə rayonunda vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin