268
Siyasət.Hərbi iş
85
illiyi
Murtuz Ələsgərov
1928-2012
SENTY
ABR
Murtuz Nəcəf oğlu Ələsgərov 1928-
ci il sentyabr ayının 20-də Gəncə
şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) hüquq fakültəsini bitir-
mişdir. 1953-cü ildə hüquq elmləri üzrə
namizədlik dissertasiyasını müdafiə et-
miş, 1954-cü ildən Azərbaycan Dövlət
Universitetinin Dövlət hüququ kafed-
rasının baş müəllimi, dosenti, 1957-ci
ildən Beynəlxalq hüquq kafedrasının
müdiri vəzifələrində çalışmışdır. 1965-
ci ildə BDU-nun Konstitusiya hüququ
kafedrasının müdiri olmuş, 1968-ci ildə
isə doktorluq dissertasiyasını uğurla
müdafiə etmişdir.
1993-1996-cı illərdə Bakı Dövlət
Universitetinin rektoru kimi fəaliyyət
göstərmişdir.
Murtuz Ələsgərov hüquq elmləri
doktoru, professor, respublikanın
Əməkdar hüquqşünası olmuşdur. “İs-
tiqlal” ordeni, “Azərbaycan Respubli-
kası Prezidentinin fəxri diplomu” ilə
təltif edilmişdir. MDB-nin “Sodrujest-
vo” ordeninə və Rusiya Federasiyasının
“Dostluq” ordeninə layiq görülmüşdür.
Kiyev Milli Universitetinin fəxri
doktorudur. Beynəlxalq Hüquq Assosia-
siyasının və Azərbaycan Hüquqşünaslar
İttifaqının üzvüdür. Tanınmış alim Mur-
tuz Ələsgərovun Azərbaycanda hüquq
elminin inkişafında mühüm xidmətləri
vardır. O, öz qiymətli araşdırmaları ilə
elmi ictimaiyyətin dərin rəğbətini qa-
zanmışdır. Beynəlxalq hüquq sahəsində
böyük nüfuz sahibi olan Murtuz
Ələsgərov 200-dən artıq elmi əsərin,
dərslik və dərs vəsaitinin müəllifidir. O,
ABŞ, Böyük Britaniya, Fransa və Ya-
poniya kimi ölkələrdə iştirakçısı olduğu
müxtəlif konfrans və simpoziumlarda
elmimizi layiqincə təmsil etmişdir. O,
yarım əsrdən artıq bir dövrü əhatə edən
çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə
elmin və təhsilin inkişafına layiqli
töhfələr vermişdir. Onun yetirmələri bu
gün ölkəmizin hüquq-mühafizə orqan-
larında uğurla çalışırlar.
Yeni Azərbaycan Partiyası sədrinin
müavini olmuşdur. M.Ələsgərov birinci
və ikinci çağırış Azərbaycan Respub-
likası Milli Məclisinin deputatı olmuş,
1996-cı il oktyabrın 16-dan 2005-ci
il dekabrın 2-dək parlamentin sədri
vəzifəsində çalışmışdır.
Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu məsələləri daimi
komissiyasının, Azərbaycan-Fransa,
Azərbaycan-Səudiyyə
Ərəbistanı,
Azərbaycan-Türkiyə parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının üzvü ol-
muşdur.
Yeni Azərbaycan Partiyası 2010-cu
ildə keçirilən parlament seçkilərində ya-
şını nəzərə alaraq M.Ələsgərovun adını
namizədlər siyahısına daxil etməmişdir.
Murtuz Nəcəf oğlu Ələsgərov 7 av-
qust 2012-ci ildə uzun sürən xəstəlikdən
sonra Bakı şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: