Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə333/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   329   330   331   332   333   334   335   336   ...   538
İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.milliqahraman.az

27

Milli Qəhrəman


267

Milli Qəhrəmanlar

55 

illiyi

Elbrus Allahverdiyev  

1958-1993

SENTY

ABR

Elbrus Hacı  oğlu Allahverdiyev 

1958-ci il sentyabr ayının 27-də Gəncə 

şəhərində  fəhlə ailəsində anadan ol-

muşdur. 

18 saylı  məktəbi bitirdikdən sonra 

1976-1978-ci illərdə Sovet Ordusunda 

hərbi xidmətdə olmuşdur. 

1990-cı ildə Orconikidze Kənd 

Təsərrüfatı  İnstitutunu bitirmişdir. 

O bir müddət Vladiqafqazda yaşa-

mış, erməni faşistlərinin vətənimizə 

təcavüzünü eşidən zaman Azərbaycana 

dönmüş  və könüllü olaraq 17 may 

1992-ci il tarixində  cəbhəyə yollan-

mışdır.


Elbrus Allahverdiyev Azərbaycan 

Silahlı Qüvvələrində artilleriyanın 

ilk təşkilatçılarından olmuşdur. Ağ-

dam  ətrafındakı döyüşlərdə  şücaət 

göstərmiş və düşmənin xeyli zirehli tex-

nikasını sıradan çıxarmışdır. Ağdərədə 

Ermənistan Silahlı Qüvvələrinin reak-

tiv artilleriyasını sərrast atəşlərlə sus-

durmuşdur. 

1993-cü il 12 iyun tarixində işğal-

çılar Ağdam üzərinə hücuma keçərkən 

Elbrus Allahverdiyev düşmənin xeyli 

canlı qüvvəsini məhv etmiş  və onla-

rı geri çəkilməyə  məcbur etmişdir. 

Ermənistan hərbi hissələrinin Ağdam 

rayonuna növbəti hücumu iki gün son-

ra iyun ayının 14-də olmuşdur. Onlar 

Ağdamın  Şelli kəndi istiqamətində 

irəliləmək istəsələr də Elbrus Allah-

verdiyevin dəqiqliyi ermənilərin xey-

li itkisi ilə nəticələnmiş və onlar geri 

çəkilmişdir.

16 iyunda işğalçıların növbəti hü-

cumu zamanı Elbrus əsgər yoldaşları 

ilə piyadaların köməyinə getmiş  və 

mərmi partlayışından ağır yaralanmış-

dı. Komandiri hospitala çatdırsalar da, 

onu xilas etmək mümkün olmamışdır.

Azərbaycan Respublikası Prezi-

dentinin 16 sentyabr 1994-cü il tarixli 

202 saylı  Fərmanı ilə Allahverdiyev 

Elbrus Hacı  oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Gəncə  şəhərindəki  Şəhidlər Xiya-

banında torpağa tapşırılmışdır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin