266
Milli Qəhrəmanlar
55
illiyi
Mədət Quliyev
1958
SENTY
ABR
Mədət Qəzənfər oğlu Quliyev
1958-ci il sentyabr ayının 27-də Gəncə
şəhərində anadan olmuşdur.
1965-1975-ci illərdə orta təhsilini
Gəncədə almış, 1976-cı ildə Azər-
baycan Dövlət Bədən Tərbiyəsi İnsti-
tutuna daxil olaraq 1980-ci ildə oranı
bitirmişdir. 1979-cu ildə dzü-do üzrə
SSRİ İdman ustası adını almışdır.
1980-1982-ci illərdə həqiqi hərbi
xidmətdə olmuşdur. 1982-ci ildə
Gəncə şəhərində “Dinamo” idman
cəmiyyətində işləmişdir. 1997-ci ildə
Azərbaycan Respublikası Polis Aka-
demiyasını bitirmişdir.
1982-ci ildə Daxili işlər orqanla-
rında işə qəbul edilmiş, 1994-1995-
ci illərdə DİN-in Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin
Yevlax-Qazax Regional Şöbəsinin
rəisi, 1996-2001-ci illərdə Baş
Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə
İdarəsinin rəis müavini, 2001-2002-
ci illərdə həmin idarənin rəisi, 2002-
2004-cü illərdə Azərbaycan Respub-
likasında İnterpolun Milli Mərkəzi
Bürosunun rəisi vəzifələrində çalış-
mışdır.
Mədət Quliyevin rəhbərliyi ilə
keçirilən əməliyyatlar nəticəsində
respublikada fəaliyyət göstərən bir
çox cinayətkar dəstələr və reket qrup-
ları məhv edilmişdi. 1993-cü il de-
kabr ayının 10-da cinayətkar dəstənin
zərərsizləşdirilməsi zamanı ağır ya-
ralansa da öz məqsədinə müvəffəq
olmuşdur. O, 1994-cü il oktyabr
hadisələri zamanı da silahlı dəstənin
zərərsizləşdirilməsində iştirak etmiş-
dir.
2006-cı ildən DİN-in Baş Mühafizə
İdarəsinin rəisi vəzifəsində çalışmış,
2011-ci il fevral ayının 15-də Ədliyyə
nazirinin müavini, nazirliyin Peniten-
siar Xidmətinin rəisi təyin olunmuş-
dur.
Azərbaycan Respublikası Prezi-
dentinin 1995-ci il 26 dekabr tarixli
Fərmanı ilə polis polkovniki Quliyev
Mədət Qəzənfər oğluna “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmiş-
dir.
Dostları ilə paylaş: |