272
18
Ə d ə b i y y a t
Qocayev, Ə. 18 sentyabr -
Milli Musiqi Günü [Mətn] //
Qocayev Ə. Bayramlar və
tarixi günlər.- Bakı, 2006.-
S.23.
www.anl.az
Tarixdə bu gün
95
illiyi
Bakıda Türk Şəhidliyi abidəsi
1918
Milli Musiqi Günü
1995
SENTY
ABR
1918-ci ilin may ayında Azərbaycanın
müstəqilliyi elan olunsa da ölkəmizin bir hissəsi,
Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altın-
da idi. Belə bir şəraitdə qardaş Osmanlı Türkiyəsi
özü çox ağır durumda olsa da, Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşa-
nın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə
göndərmişdi.1918-ci il sentyabr ayının 15-i Ba-
kıya çatan Nuru Paşa tarixi zəfərə imza ataraq
Azərbaycanın paytaxtı olacaq şəhəri erməni və
ruslardan qurtarmışdı. Sentyabrın 15-də türk
əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər
rayonların azad olunması ilə Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin
bütün hüdudlarında təmin etmiş oldu. Nuru Paşa
sentyabrın 16-da parad qəbul etmiş və təntənəli
şəkildə şəhərə daxil olmuşdu. Xalq Cümhuriyyəti
hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən
Bakıya köçürülmüşdü. Vəziyyəti nəzərə alan
ingilislər də heç bir müqavimət göstərmədən geri
durmağa məcbur olmuşlar. Beləcə, 15 sentyabr
tarixə Nuru Paşa komandanlığı altında Bakının
qurtuluş günü kimi düşmüşdü. Bakı əsl sahiblərinin
əlinə keçmişdi. Osmanlı ordusu Bakının azad
olunması əməliyyatında 1130 şəhid vermişdi.
Beləliklə, 1918-ci ildə sentyabr ayının 15-də
Bakının bolşevik-erməni daşnakları və ingilis
qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə
şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrun-
da mübarizədə canından keçmiş türk şəhidlərinin
xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldılmış-
dır.
15
Sentyabr ayının 18-də Azərbaycan
xalqının dahi oğlu, musiqi mədəniy-
yətimizin korifeyi Üzeyir bəy
Hacıbəylinin doğum günüdür.
Həmin gün təkcə musiqisevərlərin
deyil, həm də xalqımızın bayramıdır.
Böyük bəstəkarın ad gününün bayram
kimi qeyd edilməsi ənənəsinin əsasını
maestro Niyazi qoymuşdur. Görkəmli
bəstəkar və dirijor Niyazi Üzeyir bəyin
vəfatından sonra hər il bu günü qeyd
edərmiş.
Üzeyir bəyin doğum gününün mu-
siqi tariximizin ən əlamətdar hadisəsi
kimi anılması tez bir zamanda ənənə
halını almışdır. 1995-ci ildə isə ulu
öndər Heydər Əliyevin fərmanı ilə
dahi bəstəkarın anadan olmasının 110
illik yubileyi ərəfəsində 18 sentyabrın
Milli Musiqi Günü kimi qeyd olunma-
sı qərara alınmışdır.
Dahi bəstəkarın yaratdığı musi-
qi inciləri dünya şöhrəti qazanmış,
dünya musiqi mədəniyyətinin qızıl
fonduna daxil olmuşdur. Görkəmli
musiqi xadimləri onu “professio-
nal Şərq musiqisinin atası” adlandır-
mışlar. Azərbaycan və dünya musiqi
mədəniyyətinin inkişafında misilsiz
xidmətləri olmuş Ü.Hacıbəylinin ana-
dan olmasının 100 illik yubileyi
YUNESKO-nun qərarı ilə beynəlxalq
miqyasda qeyd olunmuşdur.