270
Coğrafiya.Geologiya
75
illiyi
Vasif Babazadə
1938
SENTY
ABR
Vasif Məmməd Ağa oğlu Babazadə
1938-ci il sentyabr ayının 2-də Bakı
şəhərində anadan olmuşdur.
1955-1960-cı illərdə Azərbaycan
Dövlət Universitetinin (hazırda BDU)
geologiya-coğrafiya fakültəsində oxu-
muş və mühəndis-geoloq ixtisasına
yiyələnmişdir. Əmək fəaliyyətinə
1959-1961-ci illərdə SSRİ Geologi-
ya Nazirliyinin Pyatiqorsk şəhərində
I saylı Geoloji-kəşfiyyat Trestinin
Qafqaz Kompleks Geoloji-kəşfiyyat
ekspedisiyasında böyük kollektor
kimi başlamış, sonra böyük geoloq,
geoloji kəşfiyyat partiyasının rəisi
vəzifələrində çalışmışdır.
1961-1964-cü illərdə BDU-nun
qiyabi aspirantı olmuş, 1964-cü ildə
“Kiçik Qafqazın ofiolit zolağının xro-
mit yataqlarının geoloji əmələ gəlmə
və yerləşmə şəraitləri” adlı namizədlik
dissertasiyasını müdafiə etmişdir.
1964-1965-ci illərdə Bakı Dövlət
Universitetinin geologiya-coğrafiya
fakültəsində Faydalı qazıntılar kafed-
rasının müəllimi olmuş, 1967-1968-
ci illərdə həmin fakültəsinin dekan
müavini, 1973-1980-ci illərdə dekanı
vəzifəsində çalışmışdır. 1975-ci ildə
“Sevan-Qarabağ zonasının endogen
filiz formasiyaları” (Kiçik Qafqaz)
adlı doktorluq dissertasiyasını müdafiə
etmişdir. 1977-ci ildən Faydalı qazın-
tılar kafedrasının professorudur. 250-
dan artıq elmi əsərin, 25 monoqrafiya
və kitabın, 3 nəşr olunmuş xəritənin
və bir çox kitabların müəllifidir. 25
elmlər namizədi və 10 elmlər doktoru
hazırlamışdır.
“Xidmət istifadə üçün” qrifi altın-
da ekspert kimi elmi-tətbiqi tutumlu
layihələr hazırlamış, 2005-2007-ci
illərdə ABŞ-ın “Mülki tədqiqatlar və
inkişaf fondu”nun (CRDF), 2007-
2009-cu illərdə Avropa Birliyi 6-cı
çərçivə proqramının (İNTAS) qrant-
larına layiq görülmüşdür. “Yerin təki
haqqında” (1998) və “Təhsil haqqın-
da” Qanunların hazırlanmasında ya-
xından iştirak etmişdir. AFR, Rusiya,
Çin, Türkiyə, İran, İspaniya, Gür-
cüstan, Ukrayna və digər ölkələrdə
beynəlxalq seminar, simpozium və
konfranslarda iştirak etmişdir.
1978-ci ildə təbii resurslardan
səmərəli istifadə etmə sahəsində əsərlər
silsiləsinə görə Dövlət mükafatı laure-
atı adına layiq görülmüşdür. 2000-ci
ildə elm sahəsindəki göstəricilərinə
görə “Əməkdar elm xadimi” və 2007-
ci ildə Bakı Dövlət Universitetinin “İlin
alimi” adına layiq görülmüşdür. Bakı
Dövlət Universitetinin əməkdaşlarının
“Şöhrət” ordeni ilə təltif edilməsi haq-
qında Azərbaycan Respublikası Prezi-
dentinin 2009-cu il 30 oktyabr tarixli
Sərəncamı ilə Azərbaycanda təhsilin
və elmin inkişafındakı xidmətlərinə
görə Babazadə Vasif Məmmədağa
oğlu “Şöhrət ordeni” ilə təltif edilmiş-
dir.
Dostları ilə paylaş: