282
8
Milli ədəbiyyat
100
illiyi
Əhməd Cəmil
1913-1977
OKTY
ABR
Əhməd Səttar oğlu Cəmilzadə
(Əhməd Cəmil) 1913-cü il oktyabr
ayının 20-də İrəvan quberniyasının
İrəvan şəhərində sənətkar ailəsində
doğulmuşdur. Dörd yaşında ikən ata-
sını itirmiş, anasının himayəsi altında
boya-başa çatmışdır. İbtidai və orta
təhsilini Gəncə şəhər məktəblərində
almışdır.
Orta məktəbin yeddinci sinfində
oxuyarkən “Gözəl Qafqaz” adlı ilk şe-
iri 1928-ci ildə “Qızıl Gəncə” jurnalın-
da dərc olunmuşdur. Azərbaycan Pro-
letar Yazıçıları Cəmiyyətinin Gəncə
bölməsində fəal iştirak etmişdir. Onun
şeirləri “Qızıl Gəncə”, “Dağıstan
füqərası”, “Gənc bolşevik”, “Hücum”,
“İnqilab və mədəniyyət” qəzet və jur-
nallarında vaxtaşırı dərc olunmuşdu.
Sonra o, 1930-1933-cü illərdə Ba-
kıda Ali Pedaqoji İnstitutun ədəbiyyat
fakültəsində təhsilini davam etdirmiş-
dir. 1933-1936-cı illərdə Şəmkir rayo-
nunun Zəyəm kəndində, 1936-1940-cı
illərdə isə Gəncədə orta və ali məktəb
müəllimi, metodist olmuşdur.
1940-cı ilin sentyabr ayından
Azərbaycan Sovet Yazıçıları İttifa-
qında şeir bölməsində məsləhətçi,
“Ədəbiyyat qəzeti”ndə ədəbi işçi,
məsul katib işləmiş, sonra 1940-1942-
ci illərdə ittifaqın məsul katibi seçil-
mişdir.
İkinci Dünya müharibəsi dövründə,
1942-1943-cü illərdə Şimali Qaf-
qaz, Krım cəbhə qəzetləri (“Döyüş
zərbəsi”, “Hücum”, “Vətən uğrunda
irəli”) redaksiyalarında çalışmışdır.
1944-1947-ci illərdə Yazıçılar İt-
tifaqı İdarə Heyətinin məsul katibi,
həm də idarə heyətinin üzvü seçilmiş-
dir. Uzun müddət “Ədəbiyyat qəzeti”,
“Azərbaycan” və “Ulduz” jurnalları
redaksiya heyətinin üzvü olmuşdur.
Bir müddət səhhətindəki problem-
lərdən işləməmiş, 1948-ci ilin oktyabr
ayında Azərbaycan Sovet Yazıçıları İt-
tifaqında İdarə heyətinin məsul katibi
seçilmişdir.
1950-ci ildə Azərbaycan Yazıçılar
İttifaqında məsləhətçi, 1951-ci ildə
“Ədəbiyyat qəzeti”ndə müvəqqəti re-
daktor işləmişdir.
1953-1955-ci illərdə “Azərnəşr”də
baş redaktor, redaktor, 1956-1959-
cu illərdə Azərbaycan Mədəniyyət
Nazirliyində məsləhətçi, 1959-1960-
cı illərdə “Azərbaycan” jurnalının
redaktoru, 1962-1963-cü illərdə
“Azərnəşr”in baş redaktoru, 1964-
1967-ci illərdə “Gənclik” nəşriyyatında
redaktor, 1973-1977-ci illərdə “Ulduz”
jurnalında baş redaktor işləmişdir.
Rus, gürcü, Ukrayna, erməni,
özbək, belorus, tacik və s. dillərdən
Azərbaycan dilinə tərcümələr etmiş-
dir.
Xidmətlərinə görə iki dəfə “Qırmı-
zı Əmək Bayrağı” ordeni, Azərbaycan
Ali Soveti Rəyasət Heyətinin Fəxri
fərmanı və medallarla təltif olunmuş-
dur.
Əhməd Cəmil 1977-cı il sentyabr
ayının 27-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: