344
Tarixdə bu gün
Ədliyyə İşçilərinin Peşə Bayramı Günü
1999
NOY
ABR
Azərbaycanda ədliyyə sistemi-
nin xalqımızın müstəqillik uğrunda
mübarizəsini, onun şanlı keçmişini əks
etdirən zəngin tarixi vardır. Müstəqil
dövlətimizin ədliyyə tarixinin ən şərəfli
anları 1918-ci ildə Azərbaycan De-
mokratik Respublikasının yaranması
ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyi-
nin təsis edilməsinə xüsusi əhəmiyyət
verilərək 1918-ci il may ayının 28-də
- Azərbaycan Demokratik Respublika-
sının elan edildiyi gün Ədliyyə Nazir-
liyi də yaradılmışdır.
Ədliyyə Nazirliyinin yenidən
yaradılması görkəmli dövlət xadi-
mi, ümummilli lider, cənab Heydər
Əliyevin Azərbaycana rəhbərlik et-
diyi dövrə təsadüf edir. Belə ki, 27
oktyabr 1970-ci ildə Azərbaycan SSR
Ali Sovetinin qərarı ilə Ədliyyə Na-
zirliyi təsis edilmişdi və bununla da
Azərbaycan ədliyyə tarixində yeni
mərhələ başlanmışdır. Ədliyyə Nazirli-
yi sabit fəaliyyət göstərərək məhkəmə
orqanlarına təşkilati rəhbərliyi həyata
keçirmiş, əhaliyə hüquqi yardımı yax-
şılaşdırmış, notariat fəaliyyətinin və
məhkəmə ekspertizalarının aparılma-
sını təmin etmiş, ümumiyyətlə, ədliyyə
işi təkmilləşdirilərək onun gələcək in-
kişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət
müstəqilliyi əldə etdikdən və cənab
Heydər Əliyev ölkə rəhbərliyinə
gəldikdən sonra ədliyyə orqanları-
nın işinin müasir tələblər səviyyəsinə
qaldırılması üçün əsaslı tədbirlər
həyata keçirildi, Ədliyyə Nazirliyinin
cəmiyyətdə rolu və əhəmiyyəti artdı,
səlahiyyət dairəsi genişləndi.
Ədliyyə işçilərində və hakimlərdə
mənəvi stimul yaradılması məqsədilə
onların peşə bayramı gününün müəyyən
edilməsinə təşəbbüs göstərilərək 22
noyabr - 1918-ci ildə Azərbaycan De-
mokratik Respublikası Ədliyyə Na-
zirliyinin Əsasnaməsinin təsdiq edil-
diyi günün Ədliyyə İşçilərinin Peşə
Bayramı Günü kimi təsis edilməsi
üçün dövlət başçısına müraciət edil-
miş və cənab H.Ə.Əliyevin 11 noyabr
2000-ci il tarixli Sərəncamı ilə 22 no-
yabr Ədliyyə İşçilərinin Peşə Bayramı
Günü kimi müəyyən edilmişdir.
Dostları ilə paylaş: