345
7
Tarixdə bu gün
Beynəlxalq İnformasiya Təhlükəsizliyi
Günü
1988
NOY
ABR
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü
1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz
həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat
institutları və hərbi idarələr də daxil olmaqla
ARPANET-in minlərlə qovşağını sıradan çıxaran
ilk kompyuter virusu meydana gəldi və nəhəng
itkilərə səbəb oldu. Yaradıcısının adı ilə “Mor-
ris soxulcanı” adlandırılan bu virusun vurdu-
ğu ziyan təxminən 100 milyon dollar həcmində
qiymətləndirilmişdir.
“Morris soxulcanı” göstərdi ki, informasiya
təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir
və insanlar tərəfindən böyük səylər və müva-
fiq tədbirlərin həyata keçirilməsini tələb edir.
Buna görə də dünya ictimaiyyəti informasiya
təhlükəsizliyinin təmin edilməsinə kompleks ya-
naşmanın zəruriliyi haqqında ciddi düşünməyə
başlamışdı. Həmin vaxtdan bəri informasiya tex-
nologiyaları, təbii olaraq informasiya cəmiyyəti
inkişaf etdikcə bu problem daha da aktuallaşır.
Bunları əsas tutaraq 1988-ci ildə Kompyuter ava-
danlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan
etmişdi. Ona görə ki, informasiya təhlükəsizliyi
bir ölkəni yox, bütün bəşəriyyəti təhdid edən prob-
lemdir.
İnformasiya Təhlükəsizliyi Günü çoxdan
istifadə olunan parolların yeniləşdirilməsi, sis-
temdə virusların mövcudluğunun yoxlanması,
verilənlərin arxivləşdirilməsi, lazımsız informasi-
yanın silinməsi, vacib informasiyaların mühafizə
səviyyəsinin auditi, kompleks təhlükəsizliyin
və digər bu kimi tədbirlərin həyata keçirilməsi,
ictimaiyyətin diqqətinin artırılması, müvafiq qu-
rumların və mütəxəssislərin məsuliyyətinin xatır-
lanması və ümumiyyətlə, bir monitorinq günüdür.
Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi
problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş
beynəlxalq tədbirlər keçirilir.
Keçən müddət ərzində bu günün əhəmiyyəti
daha da artmışdır. Cəmiyyətin bütün sahələrinin və
insanların informasiya-kommunikasiya texnologi-
yalarından (İKT) asılılığı gücləndikcə informasi-
ya təhlükəsizliyinin əhəmiyyəti özünü daha çox
büruzə verir. İnformasiya təhlükəsizliyi dövlətin,
cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin
edilməsinin əsas istiqamətlərindən birinə çevrilir.
İnternetin sürətli inkişafı və kütləvi halda
istifadəçilərin meydana çıxması ilə kompyuter və
kommunikasiya sistemlərinə olan təhdidlər daha
ehtimallı olur və onların realizəsinin nəticələri
daha da geniş miqyas alır.
İnformasiya təhlükəsizliyinin təmin edil-
məsinin ən vacib vəzifələrindən biri də yüksək
ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bu
istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra
ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazır-
lanmasına başlanmışdır.
Vətəndaşlarda informasiya mədəniyyətinin
vacib hissəsi olan informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşdırılması istiqamətində
davamlı və məqsədyönlü tədbirlərin görülməsi
zəruriyyəti də dövrümüzün reallıqlarıdır. Belə
ki, istifadəçilərdə informasiya-kommunikasiya
sistemlərində iş zamanı təhdidlərin vura biləcəyi
ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri
haqqında zəruri bilikləri və onlarla işləmək ba-
carıqları olmalıdır. İnternet şəbəkəsindən istifadə
mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə
qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu
mədəniyyət normalarını təbliğ etmək lazımdır.
30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsiz-
liyi Gününün əsas məqsədlərindən biri də elə bu-
dur.
Dostları ilə paylaş: